Sitkalidak adası () — Sakit okeanın şimalında, Alyaskanın cənub sahillərində (ABŞ) sahəsi 300,84 km² olan ada. Kadyak arxipelaqına daxildir. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak borosuna aiddir. Kadyak adasının cənub-şərq sahillərində, Old Harbor şəhəri ilə üzbəüz yerləşir. İlk dəfə 1805-ci ildə rus səyyahı Yuri Lisyanski tərəfindən xatırlanmış, 1826-cı ildə Sarıçev tərəfindən xəritədə qeyd edilmiş və nəhayət 1852-ci ildə rus hidroqrafı Mixail Tebenkov tərəfindən indiki adla xəritəyə salınmışdır.

Adanın uzunluğu təxminən 29 km, eni isə 24 km-dir. Sahəsi 300,84 km²-dir. Adanın ən yüksək nöqtəsi dəniz səviyyəsindən 482 m yüksəklikdədir. Adada daimi əhali yoxdur.

1784-cü ildə Qriqori Şelixovun başçılığı ilə rus sənayeçiləri adada alutiklərə qarşı qırğın törədir. Qırğın qurbanlarının sayı mənbədən asılı olaraq çox dəyişir. Təxminən 500 ilə 2000Ben Fitzhugh (2003), The Evolution of Complex Hunter-Gatherers: archaeological evidence from the North Pacific , Kluwer Academic/Plenum Publishers, New York, 2003 arasında olduğu bildirilir. İstinadlar

Kateqoriya:Kadyak arxipelaqı Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları