Raspberi adası (Любовь Сумм. ) — Kadyak arxipelaqının bir hissəsi olan Alyaska körfəzindəki bir ada, inzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kadyak-Aylend borosuna aiddir. Coğrafiya Adanın uzunluğu 28 km, eni 5 ilə 12 kilometr arasında dəyişir, sahəsi 192 km²-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1000 metr yüksəklikdədir. Kadyak adasına 3,2 km, Afoqnak adasına 0,9 km, materikə isə 48 km-dir.

Tarix Ada 19-cu əsrin əvvəllərində Alyaskanın rus tədqiqatçıları tərəfindən kəşf edilmişdir. Leytenant Mixail Muraşev 1839-cu ildə adaya "Malinovı və ya Severnı" adını verir. Kapitan Yuri Lisyanski 1814-cü ildə onu öz xəritələrində adanı Severnı, 1852-ci ildə isə Mixail Tebenkov Böyük Malinovı kimi qeyd etmişdir. Xəz tədarükçüləri dəniz samurlarını tamamilə məhv edirlər. Bu xəz tədarükçülərinin çoxu burada məskunlaşırlar. 20-ci əsrin əvvəllərində adada bir neçə kiçik konserv zavodu fəaliyyət göstərir, lakin sonradan onlar bağlanılır. Bu da xüsusən Port Veykfild qəsəbəsinin tərk edilməsinə səbəb olur. 1915-ci ildə adanın sahilində qızıl tərkibli konsentrat aşkar edilmiş, lakin 1935-ci ildən sonra orada heç bir işlənmə aparılmamışdır. İndi orada olmuş tikililərdən yalnız bir neçə ev salamat qalıb ki,Afognak quadrangle orada adaya balıq tutmaqKodiak's Finest Fishing , ov və ya kayak üçün gələn turistlər yaşayır. Digər faktlar 2000-ci il siyahıyaalınmasına görə, adada 4 nəfər daimi əhali yaşamışdır. Adanın sakinləri elektrik enerjisini yerli axınlarda quraşdırılmış mini su elektrik stansiyalarından istifadə edərək alırlar.

Mənbə Adanın rəsmi saytı İstinadlar

Kateqoriya:Kadyak arxipelaqı