Yukon adası () — Alyaska körfəzinin (Sakit Okeanın şimal-şərqində) bir hissəsi olan Kuk Körfəzinə daxil olan Kaçemak körfəzində yerləşən ada. İnzibati cəhətdən ABŞ-nin Alyaska ştatının Kenay borosuna aiddir. Coğrafiya Yukon adasının şimaldan cənuba olan eni 2,25 km, şərqqən qərbə olan uzunluğu 1,9 km, sahəsi isə təqribən 2,5 km²-dir. Maksimal hündürlüyü dəniz səviyyəsindən təxminən 150 metrdir (1964-cü ildə güclü zəlzələ nəticəsində təxminən 60 santimetr aşağı düşmüşdür). Materiklə minimum məsafə təxminən 1,3 km-dir. Yukon ətrafında bir neçə kiçik, eyni zamanda yaşayış olmayan adalar vardır: Hesket (cənub-qərbdə təqribən 650 m), Koen (şimal-şərqdə təqribən 900 m)Yukon Island West, KB-08 на сайте ''dec.alaska.gov. Boğazın qarşı tərəfində, 12 kilometr şimalda, yerli standartlara görə olduqca böyük olan Homer şəhəri yerləşir (təxminən 5000 əhalisi vardır). Oradan müntəzəm olaraq Yukona dəniz taksiləri axışır. Səbəb adanın yaxınlığında boş vaxtlarını kayakla keçirmək istəyənlərin çox olmasıdırBest kayaking day trip from Homer, Alaska .

Yukon adası tamamilə meşə ilə örtülüdür və daimi əhalisi yoxdur. Adada ən çox yayılmış ağaclar sitxin küknarı və suqadır. Tarix Ada əhəmiyyətli arxeoloji dəyərə malikdir. Orada tarixdən əvvəlki sakinlərin çoxsaylı izləri aşkar edilmişdir. Bu cür ilk kəşflər 1924-cü ildə, adada yüzlərlə il əvvəl burada yaşamış qadının qalıqları tapılan zaman edilir. 1930-cu illərdə məşhur etnoloq, antropoloq və arxeoloq Frederika de Laquna Yukon adasında böyük tədqiqatlar aparmış, onun işi Alyaskanın tarixinin öyrənilməsinə mühüm töhfə vermişdirFog on the mountain . (1938) Homer: Kachemak Country Publications. OCLC 32748448 . 29 dekabr 1962-ci ildə ada Alyaskanın Milli Tarixi Abidələri siyahısına daxil edilmiş və “ABŞ-nin Milli Tarixi Abidəsi” statusunu almış, 1966-cı ildə isə Tarixi Yerlərin Milli Reyestrinə daxil edilmişdir. 1970-ci illərdə adanın kiçik bir hissəsində tədqiqat mərkəzinin açılması planlaşdırılırdı, lakin bu ərazidə tezliklə yeni arxeoloji tapıntılar edilir. Buna görə də təxminən 280 m² sahəsi olan mərkəz, öz fəaliyyətinə yalnız 1991-ci ildə başlamışdır. Burada 50-60 nəfərlik qruplar növbə ilə işləyirYukon Island Center — History . İstinadlar

Mənbə Официальный сайт исследовательского центра острова Юкон

Kateqoriya:Alyaska adaları Kateqoriya:Berinq dənizinin yaşayış olmayan adaları Kateqoriya:Alyaskanın yaşayış olmayan adaları