Dünya Skaut Hərəkatı – skaut təşkilatı.

Tarixi Skaut hərəkatı ilk dəfə 1907-ci ildə Böyük Britaniyada Lord Baden Pauell (Lord Baden-Powell) tərəfindən yaradılmışdır. Hərəkat qısa müddət ərzində bütün dünyada geniş yayılaraq, gənclər arasında çox məşhurlaşmışdır. Hal-hazırda 216 dünya ölkələrindən 50 milyondan çox uşaq, yeniyetmə və gənc onun sıralarında birləşərək, "Hər gün bir xeyirxah iş görək devizi altında fəaliyyət göstərirlər.Yarandığı dövrdən indiyədək planetimizin 300 milyondan çox sakini skaut hərəkatının üzvü olmuşdur.Skaut hərəkatı qeyri-siyasi, qeyri-hökumət, irqindən və dinindən asılı olmayaraq hər kəs üçün açıq olan bir təşkilatdır. Ümumdünya Skaut Hərəkatı Təşkilatı 6 coğrafi regiona bölünmüşdür. Onun Kosta-Rikada, Misirdə, Keniyada, Filippində, İsveçrədə və Qurzufda nümayəndəliyi vardır. Ümumdünya təşkilatının mənzil qərargahı İsveçrədədir. Regionların adları aşağıdakılardır. Avropa Skaut Regionu Amerika Skaut Regionu Asiya-Sakit Okean Skaut Regionu Ərəb Skaut Regionu Afrika Skaut Regionu Avrasiya Skaut Regionu

Dünya Skaut Bürosu 400px|thumb|right|Dünya Skaut Bürosunun baş ofisi Malayziyanın Kuala Lumpur şəhərində yerləşir və altı regional bölmədə ofisləri var.

Dünya Skaut Bürosu (WSB, əvvəllər Beynəlxalq Büro) Dünya Skaut Konfransı və Dünya Skaut Komitəsinin göstərişlərini yerinə yetirən katiblikdir. WSB texniki resurs personalından ibarət kiçik bir heyət tərəfindən dəstəklənən baş katib tərəfindən idarə olunur. Büro işçiləri assosiasiyalara peşəkarları və könüllüləri öyrətməklə, maliyyə siyasətlərini və pul toplama üsullarını qurmaqla, icma imkanlarını və prosedurlarını təkmilləşdirməklə və hər bir ölkənin milli resurslarının Skautinqin arxasında toplanmasına kömək etməklə assosiasiyalara öz Skautlarını təkmilləşdirməyə və genişləndirməyə kömək edir. Heyət həmçinin Dünya Skaut Jamboreləri kimi qlobal tədbirlərin təşkilinə kömək edir , regional tədbirləri təşviq edir və Skautluq Hərəkatı ilə digər beynəlxalq təşkilatlar arasında əlaqə rolunu oynayır. İnkişaf etməkdə olan ölkələrdə əsas səy universal Yaxşı Dönüşün icma inkişafı üçün təşkilati miqyasda səyə çevrilməsidir.

Skaut Hərəkatı Skaut hərəkatı onun yaradıcısı tərəfindən işlənmiş prinsiplər və qanunlar əsasında fəaliyyət göstərən, irqi mənsubiyyətindən və dinindən asılı olmayaraq, hər kəs üçün açıq olan — gənclərin könüllü, qeyri-siyasi, ictimai, tərbiyəvi hərəkatıdır.

Skaut hərəkatının məqsədi gənclərin mənəvi, zehni və ictimai kamilliyə tam çatmaları, onların yerli, milli, beynəlxalq birliklərin üzvü və fərd kimi layiqli, məsuliyyətli ölkə vətəndaşı kimi yetişmələri sahəsində göstərdiyi səylərə dəstək verməkdir.Skaut o kəsdir ki, öz skaut patrulunu və yaxud digər skautların iştirakı ilə skaut andını qəbul edir və milli skaut təşkilatının üzvüdür.

Ümumdünya Skaut Hərəkatı Təşkilatının Konstitusiyasında hərəkatın üç əsas prinsipi öz əksini tapmışdır və onlar hər bir skaut üçün qanundur.

Skaut prinsipləri aşağıdakılardan ibarətdir Allah qarşısında borc Bu prinsipdə Skaut Hərəkatında "mənəvi dəyərlərə sədaqət", dinə etiqad və bunlardan irəli gələn vəzifələrmüəyyən olunaraq bütün dinlərə aid edilir. Başqaları qarşısında borc Bu prinsip Skautinqin əsas mövqelərini cəmləşdirir ki, onların üzərində əsas yeri şəxsiyyətin müxtəlif aspektlərdə cəmiyyət qarşısında vəzifələri tutur. "Başqalarına borcumuz"- öz ölkəsinə sədaqətli olmağı, onun dünya ölkələri ilə birlikdə harmonik inkişaf etməsində iştirak etməyi, bütün həmvətənlərin şəxsiyyətinə hörmət edilməsini, təbiət dünyasının vahidliyinin qəbul edilməsini nəzərdə tutur. Yarandığı gündən etibarən, Skaut Hərəkatı bütün millətlərdən olan gənclər arasında qardaşlıq və qarşılıqlıanlaşma hisslərinin inkişafına geniş yer verir.

Öz qarşısında borc Bu prinsipi "fərdin öz inkişafında məsuliyyəti" kimi qiymətləndirmək olar. Skautinq hesab edir ki, gənclər şəxsi qabiliyyətlərinin təkmilləşməsinə məsuliyyət daşiyırlar. Skaut hərəkatının tərbiyəvi əhəmiyyəti hər bir gəncin potensial qabiliyyətinin aşkar olunmasından, başqa sözlə,şəxsiyyətin inkişaf prosesinə kömək göstərilməsindən ibarətdir.

Skaut tələbləri Skaut olmaq üçün 6 yaşa çatmaq. Skautların həyatı ilə yaxından tanış olmaq. Skautların bütün işlərində və fəaliyyətində yaxından iştirak etmək Skaut hərəkatının insanlara faydası haqqında ətraflı fikirləşmək lazımdır.

Yaş qrupları Maugli skautlar 6–10 yaş Skautlar 11–13 yaş Cəngavər Skautlar 14–18 yaş

Skaut qanunları Skaut qanunları hər bir skaut üzvünün həyat kodeksidir və skautun prinsiplərinə əsaslanır. Skautun şərəfinə etibar olunmalıdır. Skaut sadiqdir. Skautun borcu faydalı olmaq və başqalarına kömək etməkdir. Skaut hamının dostudur və hər bir başqa skautun qardaşıdır. Skaut nəzakətlidir. Skaut heyvanların və bütün təbiətin dostudur. Skaut öz valideynlərinin, patrul rəisinin və skaut ustadının əmrinə tabe olur. Skaut şəndir və heç vaxt ruhdan düşmür. Skaut təvazökar və qənaətcildir. Skaut fikirlərində, səylərində və hərəkətlərində pakdır.

Skautinq üsulu Skaut üsulu mütərəqqi hərəkətverici proqramlara əsaslanan mütərəqqi öz-özünə təhsil sistemidir və özündə aşağıdakıları cəmləşdirir. Vəd və Qanunlar. Fəaliyyət göstərməklə öyrənmə. Kiçik qruplarda üzvlük. Simvolik əsaslar. Şəxsiyyətin tərəqqisi. Fəaliyyət göstərməklə öyrənmə. Təbiət ilə ünsiyyət. Skautinq üsulu uşaq və gənclərin ətraf mühiti dərk etmələrində, vətəndaş və sosial əlaqələr təcrübəsinin formalaşmasında yardım üçün geniş üfüqlər açır. Fəal mövqe və biliklər, sınaq və xətalardan müəyyən həyat təcrübəsi qazanan, qarşısına mürəkkəb suallar qoyub, onlara sadə cavablar axtaran hər bir fərdin mənəvi aləminin əsas göstəricisidir. Uşaq və gənclər belə bir təcrübəni Skautinq cərgələrində əldə edə bilərlər. Bu üsul şəxsiyyətin təşəkkülə inanma üsulu olmaqla, ətraf aləmdə mühüm əhəmiyyət kəsb edənən zəruri amilləri seçməkdə kömək edir. İnsan həyatı qarşılıqlı asılılıqlar kompleksidir: Vətənin bir sıra problemləri beynəlxalq miqyasda həll olunur. Məhz ona görə də gənc nəsil həm yerli, milli, həm də beynəlxalq səviyyədə iş təcrübəsi əldə etməlidir. Skautinqin elmi prinsiplərinə əsasən, şəxsiyyətin mütərəqqi inkişafı yalnız və yalnız biliklərə canatma, qabiliyyətlərin inkişafı, vətəndaş mövqeyinin təşəkkülü olan yerdə mümkündür ki, bu da öz növbəsində, müasir dünyanın ümumbəşəri dəyərlərini daha da dərindən dərk etməyəimkan verir. Skauting Beynəlxalq uşaq və gənclər Hərəkatı kimi şəxsiyyətin formalaşmasında yalnız o zaman səmərəli ola bilər ki, skautlar: dünyanın vəhdətinin saxlanmasının vacibliyini dərk etsinlər. yaşadığımız planetin əsas problemlərini bilsinlər və onların həlli üçün əllərindən gələni əsirgəməsinlər. Ətraf mühiti, əhatədəki insanları başa düşsünlər, kiçik və böyük təşkilatlarda özlərinə inam qazansınlar. Özlərinin bu günü, gələcəyi haqqında dərindən düşünsünlər, şəxsi həyatlarında əhəmiyyətli olan kiçik problemləri həll edə bilsinlər .Hər hansı fərdə, sinfə, millətə, irqə mühüm olan fiziki, sosial, mənəvi və mədəni tələbatları başa düşsünlər. Saysız-hesabsız suallara cavab tapma, isbat etmə, analizə yaradıcı yanaşma sahələrində bacarıqlara yiyələnsinlər. Yanlış fikirdən, şablonlardan, identifikasiya, qərəzli mövqelərdən uzaq olsunlar, xoşagəlməz nəticələrini dərk etsinlər. Başqaları ilə əməkdaşlıq etsinlər, milli mənsubiy yətindən, dərisinin rəngindən və s. asılı olmayaraq hər bir kəsə ehtiram göstərsinlər.Skautinq, beynəlxalq təşkilat kimi şəxsiyyətin sosial formalaşmasında özünəməxsus müxtəlif fikir və vasitələri skaut adı altında, beynəlxalq layihə və proqramlar çərçivəsi daxilində həyata keçirir. Digər tərkib element, fəaliyyət göstərməklə öyrənmək gənclərin kiçik qruplarda birgə müəyyən fəaliyyət göstərmələri ilə, şəxsi təcrübə əldə edərək inkişaf etmələrini nəzərdə tutur. Kiçik qruplarda iş (patrul sistemi)- ilk həyat təcrübəsi olmaqla, özünün ictimai dəyərini və bunun vasitəsilə bütün cəmiyyətə aid olmanı dərk etmə. Qayğı və məsuliyyəti, kədər və sevinci dəstənin hər bir üzvü ilə bölüşmək imkanı, bu da öz növbəsində müxtəlif insanlar — varlı və kasıb, qoca və cavan və s. arasında münasibətlərin dərk olunması prosesində zəruri olan qarşılıqlı anlaşmada ilk və zəruri addımlardır. Plan tərtib olunması və həyata keçirilməsi prosesi gənclərin bilikləri, müxtəlif vərdiş, bacarıqları mənimsəməyə çalışmasına, onların qabiliyyətlərinin hərtərəfli inkişafına yol açmaq, bu isə geniş mənada, bəşəriyyətin mövcudluq şərtlərini dərk və analiz etməyə kömək göstərmək və s. fəal işlərə ruhlandırır ki, bu da özünü başqaları ilə müqayisə etməyə, təcrübə və müxtəlif müzakirələrdə özünə qiymət verməyə imkan verir. Qanun və Vəd kodeksində Skautinqin əsas prinsipləri cəmləşmişdir. Skautinq vasitəsilə iqtisadi, sosial, ekoloji problemlərə maraq yaratmaqla şəxsiyyətin təşəkkülü və onun mənəvi səviyyəsi yoxlanılır. Təbiətin qoynunda fəaliyyət, bizi əhatə edən ətraf mühitin müdrikliyini dərk etmək, özünü kompasın kiçik bir hissəsi kimi hiss etməyə kömək göstərir. Başqalarına xidmət -məsuliyyət hissini möhkəmləndirmək, başqalarını anlamağa çalışmaq, humanist fikirlər, digərlərinin həyat tərzinə sənin aid olduğunu dərk etmək, özünü dünyanın problemlərinə qatılmağa məcbur etmək, dünyada yanaşı yaşamaq məsələlərinə dair diskussiyalar və fikir mübadilələrində iştirak etməkdir. Deyilənlərdən belə nəticə çıxır ki, Skaut təlim-tərbiyə metodu ilk növbədə, ümumbəşəri dəyərlərin daha da artmasına can atan şəxsiyyətin formalaşmasına şərait yaradır. Üsul həm skaut qruplarının sıravi üzvləri, həm də liderlərin təşəkkülünə imkan verir. Üsul kiçik skautlar, böyük skaut -congavərlərə aiddir. Üsul hər bir təşkilatda yaş həddinin inkişaf xüsusiyyətləri nəzərə alınmaqla tətbiq olunur. Üsul ilk növbədə adları çəkilən skaut qruplarının tələbatlarını təmin edir və müvafiq olaraq bu səpgidə aşağıdakı səviyyələri qeyd etmək olar. Dərketmə -yaş və cinsiyyət fərqlərini nəzərə alan fəaliyyət. Vərdiş və bacarıqlar sistemi: əldə olunan biliklərin təcrübədə tətbiq olunması. Davranış: həyat fəaliyyətinin bütün aspektlərində, seçilmiş dəyərlərə müvafiq olaraq uşaq və gənclərin davranış adaptasiyası Skautinq təhsil-təlim metodu nəzəriyyəçilik, ünlü pedaqoqların yaradıcılığı deyil, yalnız və daimi fəaliyyətidir. Ümumilikdə skaut üsulu- işlə təhsilin vəhdətinə əsaslanan, kiçik qruplarda — xarakterin formalaşması və biliklərin əldə olunması, xarakterin inkişaf etdirilməsi, biliklərə yiyələnmə, özünə inam hisslərinin aşılanması, etibarlı olma, əməkdaşlıq etmə və rəhbərlik vərdişlərinə çatmaq üçün proqressiv dərketmə, məsuliyyəti öz üzərinə götürmə və böyüklərin köməyi ilə özünə nəzarətə hazırlığı nəzərdə tutur.

Qalereya

Rəmzlər Skautinqdə bir neçə vəhdət təşkil edən element — simvol və atributlar vardır. Skautların atributikasına aşağıdakılar aiddir:

Nişan, uniforma, skaut çağırışı, fərqləndirmə nişanları, qalstuk və s. Ümumilikdə götürüldükdə skaut hərəkatı yarandığı gündən simvolik xarakter daşıyır.

Skaut sözünun tərcüməsi kəşfiyyatçıdır və macəra, çətinliklərlə zəngin səyahətlər, qorxmazlıq, mərdlik, dostluq anlayışları ilə birgə qabul edilir. Skaut hərəkatının özünəməxsus rəmzləri, bayrağı, geyimləri həyat tərzi, bütün dünya ölkələrində qəbul edilib. Bununla yanaşı, hər bir milli təşkilatlarda, ölkələrin adət-ənənələri, xüsusiyyətlərin və rəmzlərin, həmçinin dövlət atributlarının nəzərə alınması ilə qəbul etdiyi fərqli geyim və rəmzləri mövcuddur. Azərbaycanda skaut üzvlərinin üç rəngli bayraq rəngində boğaz örpəyi, respublikamızın rəmzləri əks olunan xüsusi geyimləri var. Onlar hərbçi sayağı bir-birini salamlayır, dövlət bayrağının qarşısında və andiçmə mərasimində baş əyir və bayrağı öpür, mərasimlər vaxtı fərəqat vəziyyətində dayanırlar. Bütün yuxarıda qeyd edilən rəmzi adətlər və xüsusiyyətlər gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsində, onların layiqli ölkə vətəndaşları kimi yetişməsində böyük əhəmiyyətə malikdir.

Emblem