Tağı Mürsəl oğlu Bədirov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR yeyinti sənayesi naziri (1965–1972).
Həyatı Tağı Mürsəl oğlu Bədirov 1907-ci ildə qulluqçu ailəsində anadan olmuşdur. Azərbaycan Sənaye İnstitutunu bitirmişdir.
1932-ci ildən Tağı Bədirov Dağıstan balıq trestində mühəndis, baş mexanik, baş mühəndis, trest müdirinin müavini vəzifələrində işləmişdir. 1954-cü ildən Azərbaycan balıq trestinin şöbə rəisi, Azərbaycan SSR Balıq Sənayesi Nazirliyi Donanma İdarəsinin rəisi, 1957-ci ildən Azərbaycan SSR Dövlət Plan Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, sonra isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurası Yeyinti Sənayesi İdarəsinin rəisi olmuşdur. 1965–1972-ci illərdə Azərbaycan SSR yeyinti sənayesi naziri vəzifəsində çalışmışdır.
Tağı Bədirov Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuş, Azərbaycan SSR Ali Sovetinin VII və VIII çağırış deputatı seçilmişdir. Ona "Azərbaycan SSR əməkdar mühəndisi" fəxri adı verilmişdir.
İstinadlar
Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvləri Kateqoriya:Azərbaycan SSR yeyinti sənayesi nazirləri