Səcah bint əl-Haris () — İslama görə, o, 7-ci əsrdə İslamı qəbul edən bəzi ərəbləri yeni dindən uzaqlaşmağa təşviq edən yalançı peyğəmbər idi. Bioqrafiyası Səcah Taqlibitlər arasında böyüyür və buna görə də xristianlığa yaxşı bələd idi. Məhəmməd peyğəmbərin dövründə Səcah “buludların ağası” adlandırdığı Tanrı adından trans halında danışdığını iddia edirdi. O, xüsusi bir yüksəklikdən (minbər) “vəhylər” söyləyirdi. Üstəlik bir müəzzini vardı ki, oda: “Şəhadət verirəm ki, Səcah Allahın peyğəmbəridir” deyə bağırırdıКраткое сказание об убийстве Мусайлиматы Каззаба — Madrasah2.Ru. Onun “açıqlamaları” qafiyəli nəsr şəklini alırdı. Səcah bir qrup tərəfdarı ilə birlikdə İraqdan doğma Bənu Təmim qəbiləsinin ərazisinə köçür. 633-cü ildə ordusunun başında Səcah o vaxt başqa bir yalançı peyğəmbər Müseylimənin fəaliyyət göstərdiyi Yəmamaya hücum edir. Yəmamaya getdikdən sonra Səcah İraqa qayıdır və orada daha sonra tövbə edərək İslamı qəbul edir. Siyasi fəaliyyət O, siyasi lider olmağı və qəbiləsini hərbi basqınlarda idarə etməyi bacarırdı. Bir neçə uğursuzluqdan sonra 633-cü ildə Bənu Təmim tayfası o zaman Ridda müharibəsində iştirak edən Yəmaməni işğal edir. Bənu Hənifə qəbiləsinin başçısı, müsəlmanların irəliləməsi üçün mübarizə aparan Müseylimə Yəmamanın iki məhsulunun yarısı ilə Təmimilərə ödəməli olur. İslam ənənəsinə görə Səcah və Müseylimə evlənirlər, lakin cəmi üç gün birlikdə yaşayırlar.

Səcah Müseylimə ilə yanaşı, Tüleyhə ibn Xüveylid və Malik ibn Nuyvarə ilə ittifaqa girir. Müsəlmanlar Tüleyhəni məğlub etdikdən sonra Səcah Malik ibn Nuvayranı qoyub qaçır.

Kino təcəssümləri Ömər (2012) serialında Səcah rolunu Nadirə İmran canlandırıb. İstinadlar

Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:İslam tarixi Kateqoriya:Qadınlar müharibədə Kateqoriya:Peyğəmbərlər