Baba Ratan Hindi (; ; ) — Məhəmməd peyğəmbərin ərəb olmayıb, hind əsilli olması bilinən, varlığı haqqında şayiə edilən bir səhabəsidir. Həyatı Hindistanın indiki Pəncab əyalətinin Bxatinda şəhərində anadan olmuşdur. O, hind ailəsindəndir. Daha sonra xristian olmuşdur. Bu haqda çox məlumat yoxdur. O, Hindistandan Ərəbistana mal gətirən tacir olmuşdur. Ərəb hədisçisi, fəqih və təfsir alimi İbn Həcər əl-Əsqəlani “El-İsabah fi təmyiz əl Səhabə” əsərində və Əşrəf Cihangir Səmnani “Məktubat Əşrəfi” kitabının 28-ci fəslində ondan bəhs edir.
Müsəlman olması Baba Ratan Hindistanda olarkən Məhəmmədin ayı yarı bölməsi möcüzəsini Hindistanda gördükdən sonra Ərəbistana gedir və oradakı möcüzəyə inanır. Orada Xəndək döyüşü zamanı Məhəmmədi görüb müsəlman olur. Deyilənə görə, Məhəmmədin Baba Ratan Əl Hindinin uzun ömürlü olması üçün dua etdiyi deyilir. Onun ilk hindli müsəlman olduğu bildirilir.
Məzarı Baba Ratan 1234 və ya 1243-cü ildə vəfat etmişdir. Onun qəbiri Bxatindəki Mohalla Hacı Ratan Naqarda yerləşir. Qəbir Pəncab fond şurası tərəfindən qorunur.
İstinadlar
Kateqoriya:Ərəb olmayan səhabələr Kateqoriya:Səhabələr