Həjar Şamil oğlu Əsgərov və ya Həjar Şamiloğlu (; ) — azərbaycanəsilli Rusiya və Qırğızıstan yazıçısı, şairi və jurnalisti.
Həyatı Həjar Şamil oğlu Əsgərov 16 iyul 1966-cı ildə Azərbaycanın Kəlbəcər şəhərində, Şamil Əsgərov və Nazilə Əsgərovanın ailəsində anadan olmuşdur. O, 1984–1990-cı illərdə Bakıda filologiya ixtisası üzrə təhsil almışdır. Şamiloğlu 1989–1991-ci illərdə təhsilini başa vurduqdan sonra Bakıda "Yazıcı" nəşriyyatında işləmişdir. Bundan sonra o, 1991–1993-cü illərdə Azərbaycan Mlli Məclisinə bağlı "Azərbaycan" qəzetində müxbir olaraq çalışmışdır. Şamiloğlu həmçinin, 1992–1994-cü illərdə "Kurdish Voice" jurnalının Bakıdakı bölməsinin redaktoru, 1994–1997-ci illərdə Moskvada "Kurdistan Report" jurnalının redaktoru, 2000-ci ildən sonra isə İraq Kürdüstanında "Maxmûr" jurnalının redaktoru kimi işləmişdir. O, 2008-ci ildə "Ak News"un müxbiri olmuş, 2004–2010-cu illərdə Qazaxıstanda "Nubar" jurnalının redaksiyasında işləmişdir. Şamiloğlu 2005–2010-cu illərdə Qırğızıstanda radio redaktoru işləmişdir. O, rus, Azərbaycan və türk dillərində çoxlu kitablar yazmışdır.
Azərbaycanda bir neçə şəxs Həjar Şamiloğlunu PKK-ya üzv olmaqda ittiham etmişdir. Buna baxmayaraq, o, heç vaxt hansısa bir kürd partiyasının üzvü olmadığını qeyd etmişdir. Onun "Qızıl Kürdüstan"ın bərpa edilməsini dəstəklədiyi də iddia olunmuşdur. O, bütün kürd təşkilatları ilə davalı olduğunu demişdir. Şamiloğlu hal-hazırda Bişkekdə yaşayır. O, Rusiya vətəndaşıdır.
Əsərləri Kitabları Şerê eqilan (İraq, 2000). Di pêşiya de sê xal (İraq, 2001). Rêya ewlekariyê (İraq, 2000, bi hevbeşî hatiye nivisandin). Diaspora Kurda (İstanbul, Pêrî, 2005). Gulnar û Ocalan (İstanbul, Pêrî, 2005). Knyazê Îbrahim (İstanbul, Pêrî, 2007). Jiyan di rêya welatparêziyê de (Qırğızıstan, 2007). Diaspora Kurdên YKS (Qırğızıstan, 2007). Tenê me (Qırğızıstan, 2007).
Tərcümələri Kurdên Azerbaycanê (Stembol, Pêrî, 2007). Kurdistana Sor. Şerefname, wek çavkaniya dîroka kurdan.
İstinadlar
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycan şairləri Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycan kürdləri Kateqoriya:Qırğızıstan azərbaycanlıları Kateqoriya:Kürdüstan Fəhlə Partiyası Kateqoriya:Kürd jurnalistlər