Kempbell Makkonnell (; ) — amerikalı iqtisadçı, əməkdar professor, 21 nəşri keçmiş “İqtisadiyyat” dərsliyinin müəllifi.

Bioqrafiyası Kempbell 2 iyun 1928-ci ildə ABŞ-nin İllinoys ştatının Harvi şəhərində anadan olubObituary Campbell «Mac» McConnell //University of Nebraska-Lincoln, 09.01.2019. Təhsili Makkonnell1950-ci ildə Kornell Kollecindən İncəsənət Bakalavrını (BA) və 1951-ci ildə İllinoys Universitetində İncəsənət Magistrini (MA) almışdır. O, 1953-cü ildə Ayova Universitetində doktorluq (Ph.D.) dərəcəsini almışdırCampbell R. McConnell //University of Nebraska-Lincoln.

1953-cü ildə Nebraska-Linkoln Universitetində müəllimlik fəaliyyətinə başlamış və 1990-cı ildə təqaüdə çıxana qədər müəllimlik etmişdir.

Onun geniş caz qeydləri kolleksiyası var idi və cazın tarixini oxumaqdan həzz alırdı. O, 1975-2010-cu illərdə Orta Qərb İqtisadiyyatı Assosiasiyasının prezidenti, Amerika İqtisadi Assosiasiyasının iqtisadi təhsil komitəsinin üzvü və Birinci Federal Linkoln Bankının direktorlar şurasının üzvü olub. Ölümü O, 5 yanvar 2019-cu ildə ABŞ-nin Nebraska ştatının Linkoln şəhərində vəfat edib.

Mükafatları Nailiyyətlərinə görə dəfələrlə mükafatlandırılıb:

1962 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Mükafatı 1973 — Kornel Kollecinin Fəxri Hüquq Doktoru 1991 — Nebraska-Linkoln Universitetindən "akademik azadlıq üçün" Ceyms A. Leyk mükafatı; 1994 — Kornel Kollecinin "görkəmli nailiyyətlərinə görə" mükafatı; 1994 — Nebraska-Linkoln Universitetindən Görkəmli Pedaqoq Fakültəsi Mükafatı.

İstinadlar

Kateqoriya:ABŞ iqtisadçıları