Lübabə binti Haris (, ) — İslam peyğəmbəri Məhəmmədin əmisi Abbasın həyat yoldaşı olan səhabə.
O, Məhəmmədin həyat yoldaşı Xədicədən sonra müsəlman olan ikinci qadındır. Peyğəmbərin əmisi Abbas ibn Əbdülmüttəliblə evlənən Lübabə binti Haris 6 oğul və bir qız dünyaya gətirir. Oğullarının hər biri İslam tarixində mühüm vəzifələr icra etmişdir. O, xəlifə Osmanın dövründə ərindən əvvəl vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Səhabələr Kateqoriya:VI əsr ərəbləri Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Ravilər Kateqoriya:İslam tarixi