Şamayi Devidson (; ; ) — İsrail professoru, psixiatrı və psixoanalitiki. O, ömrünün otuz ilini Holokostdan sağ çıxanlarla işləmiş, onların təcrübələrinin mahiyyətini anlamağa çalışmışdır. Devidson Şalvata Zehni Sağlamlıq Mərkəzinin tibbi direktoru və Eli Vizel adına Holokostun Psixososial Travmasının Tədqiqi kafedrasının sədri olmuşdur. İrlandiyanın Dublin şəhərində anadan olan Devidson Varşava gettosunda, Lodz gettosunda və Çelmno qaz furqonlarında bir çox qohumunu itirmişdir. O, Qlazqo Universitetində və Oksford Universitetinin Tibb Məktəbində tibb təhsili almışdır. Devidson İzrail Çarni və Eli Vizel ilə birlikdə Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. O, ölümünə qədər Holokostdan sağ çıxanları müalicə edən psixiatr və psixoanalitik kimi çalışmışdır.Holding on to Humanity--The Message of Holocaust Survivors: The Shamai Davidson Papers. ed. Israel W. Charny, NYU Press, 1995, , p. 224

İstinadlar

Xarici keçidlər Holding on to Humanity: Message of Holocaust Survivors — The Shamai Davidson Papers Bioqrafiya

Kateqoriya:İsrail yəhudiləri Kateqoriya:İsrail tarixçiləri Kateqoriya:XX əsr tarixçiləri