Şahzadə Alisa Viktoriya Yelizaveta Yuliya Mariya (; ) — Battenberq sülaləsindən olan alman şahzadəsi.

Kraliça Viktoriyanın nəticəsi olan Şahzadə Alisa Vindzor qalasında dünyaya gəldi və Britaniya, Almaniya və Maltada böyüdü. Hessen şahzadəsi olaraq dünyaya gəldi və doğuşdan eşitmə qabiliyyəti zəif idi.

6 oktyabr 1903-cü ildə Darmştadtda Yunanıstan kralı I Georqun oğlu Şahzadə Endryu ilə evləndi. Cütlüyün bu nikahdan 5 övladı doğuldu.

Şahzadə Marqarita (1905–1981) Şahzadə Teodora (1906–1969) Şahzadə Sesilya (1911–1937) Şahzadə Sofiya (1914–2001) Şahzadə Filipp (1921–2021)

Yunanıstan kral ailəsinin sürgün edildiyi 1917-ci ilədək Yunanıstanda yaşadı. Qısa müddət sonra ölkəyə qayıtsa da, Birinci Dünya müharibəsindən sonra məğlubiyyətin baş təqsirkarı kimi əri Şahzadə Endryu görüldü. Beləcə, 1935-ci ilədək ikinci dəfə sürgün edildi.

Bu ikinci sürgün onun səhhətini pisləşdirdi. 1930-cu ildə şizofreniya diaqnozuyla İsveçrədəki sanatoriyalardan birinə qapadıldı. Bu tarixdən etibarən ərindən ayrı yaşadılar və əri qalan ömrünü Parisdəki məşuqələriylə keçirdi. Uzun müalicələrin ardından səhhəti nisbətən yaxşılaşdı və Yunanıstana qayıtdı. Bu tarixdən etibarən xeyriyyə işləriylə məşğul oldu. İkinci Dünya müharibəsi illərində Afinada yaşadı və yəhudi mühacirləri qorudu. Bu səbəblə Dünya xalqları ədalətliləri siyahısına alındı.

1967-ci ildə Yunanıstanda baş verən inqilabın ardından Afinadan alındı və oğlu Şahzadə Filippin dəvətiylə Bukingem sarayına gətirildi. Ömrünün son 2 ilini burada yaşadı. 1988-cii ldə cənazəsi doğulduğu Vindzor qalasından çıxarıldı və vəsiyyətinə əsasən, Qüdsdəki rus pravoslav kilsəsinə dəfn olundu.

İstinadlar

Ədəbiyyat

(The official biography by Vickers is the only English-language book-length biography of Princess Alice.)

Kateqoriya:Yunanıstanın qadın şahzadələri Kateqoriya:Almanlar