Elnur Əliyev Aydın oğlu () — Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini (2022-ci ildən), iqtisadiyyat nazirinin müavini (2020–2022), vergilər nazirinin müşaviri (2017–2020-ci illər).
Həyatı Elnur Əliyev 1983-cü il iyunun 4-də Gəncə şəhərində anadan olub.
Evlidir, 2 övladı var.
1998–2002-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb, hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.
2002–2006-cı illər – Bakı Dövlət Universitetində cinayət hüququ, cinayət prosesi və kriminalistika ixtisası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.
2008–2009-cu illər – Azərbaycan Respublikası Prezidentinin "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Böyük Britaniyanın London Kral Kollecində beynəlxalq biznes hüququ üzrə magistr təhsili alıb.
Əmək fəaliyyəti 2005–2009-cu illər – İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, aparıcı məsləhətçi, sektor müdiri vəzifələrində çalışıb.
2010–2013-cü illər – Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi rəisinin köməkçisi vəzifəsində çalışıb.
2013–2017-ci illər – Təhsil Nazirliyində nazir köməkçisi, şöbə müdirinin müavini, şöbə müdiri, aparat rəhbəri vəzifələrində çalışıb.
2017 – 2020-ci illər – Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb.
13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.
17 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.
30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "BakuBus" Məhdud Məsuliyyətli Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.
30 mart 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının üzvü təyin edilib.
23 iyul 2021-ci il – Azərbaycan Respublilkası Hökuməti və Rusiya Federasiyasının Sankt-Peterburq Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri təyin edilib.
10 fevral 2022-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
11 iyul 2020-ci il – Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının sədri təyin edilib.
30 dekabr 2020-ci il – İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının sədri təyin edilib.
İstinadlar