Kürdhacı — Azərbaycan Respublikasının Laçın rayonunun Kürdhacı kənd inzibati ərazi dairəsində kənd.

Oğuz türklərinin tanınmış boylarından, Salur boyunun təkə-türkmən tayfasının bir qolu olan Qasımuşağı tayfasının tarixi və mərkəzi məskənlərindən biridir. Qarabağ xanlığı dövründə Hacısamlı nahiyəsinin Qasımuşağı obasının, Sovet dönəmində 1923-cü ildən 1929-cu ilə qədər ərazidə təşkil edilmiş 6 dairədən biri, SSRİ-nin sonrakı dövründə Kürdhacı kənd sovetliyinin, hazırda Kürdhacı kənd inzibati ərazi dairəsinin mərkəzidir (18 oktyabr 1991-ci ildən). Respublikanın yüksəklikdə yerləşən yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 1741 metr) olmasına baxmayaraq, 1920-ci illərin ilk dövrlərindən kənddə məktəb, xəstəxana və digər ictimai və sosial binalar yenidən qurulmuşdur. Həmçinin, toxuculuqda sıx, hündür və yumşaq xovlu xalçalar istehsal edən, yerləşdiyi coğrafi məkanda ən zəngin etnoqrafik dəyərləri özündə yaşadan yaşayış məntəqəsidir.

Etimologiyası Azərbaycan Sovetlər birliyinin tərkibində olduğu dövrlərdə rus dili daha çox ünsiyyət vasitəsi olduğundan insanlar əksər hallarda rus dilində danışmış və kargüzarlıqda da rus dildən istifadə etmişlər. Bu səbəbdən də hazırda Kürdhacı adlandırılan yaşayış məntəqəsinin adı hüquqi sənədlərdə rus dilinin qramatik qaydalarına uyğun yazılaraq öz əvvəlki formasını və mənasını dəyişmişdir.

Rəsmi sənədlərdə Kürdhacı adlandırılan bu oykonim yerli əhalinin dilində Qurdqajı kimi tələffüz edilir və "qurd dərəsi", "qurd aşırımı" şəklində izah olunur. Kəndin adının belə dəyişməsi rus dilində olan dəftərxana qeydlərindən və ədəbiyyatdan uğursuz tərcümənin nəticəsidirAzərbaycan toponimlərinin ensklopediyası lüğəti, II cilddə. Bakı-2007. I cild, səh.422..

Kürdhacı sözünün qruluşu azərbaycan dilinin qramatik qaydalarına uyğun deyil. İnsan və ya millət adından sonra hacı sözünü (titulunu) işlətmək olmaz. Türkhacı, Özbəkhacı ola bilmədiyi kimi Kürd və ya Qurdhacı da ola bilməz. Həmçinin haca gedən şəxsin titulu onun adının əvvəlində işlənir.

Qurdqajı sözü mürəkkəb söz olmaqla iki hissədən ibarət olan qurd və qaj (qac) sözlərindən yaranmışdır. Türkdilli xalqlar arasında qurd sözü bildiyimiz kimi igid, mərd, qoçaq, ərən mənasında işlənir. Bu söz bizim dilimizdə öz mənasını bu günə qədər də saxlamaqdadır. "Filankəs qurd adamdır", "Filankəs köhnə qurddur" ifadələrində olan bu sözlər də yuxarıdakı mənalarda işlənmişdir. Qədim dövrlərdə türkləri qurd adlandırmışlar. Əbülqasım Firdovsi isə türklərin yaşadığı ölkəni "Qurdlar ölkəsi" adlandırmışdır. Beləliklə, lap qədimdən qurd türk millətinin onqonu sayılmışdır.

Sözün ikinci hissəsi olan "qajı" sözü azərbaycan dilində bu günə qədər də işlədilən qac sözünün tələffüz formasıdır. Bu söz hazırda azərbaycanlıların yaşadığı rayon və kəndlərdə arx, lək, çala, xəndək və ya dərə mənasında işlədilir. Beləliklə, Qurdqajı sözünün ikinci hissəsi olan qaj sözü dərə mənasında işlənmişdir. Deməli, Qurdqajı – igidlər (mərdlər, qoçaqlar, ərənlər) dərəsi mənasında işlədilmişdir. İgidlərin yaşadığı məskən mənasını verir..

1727-ci ildə Mağavuz nahiyəsi Xaçın məlikliyinin tərкibində qərar tutduğu bir vaxtda Osmanlı dövləti Mağavuz nahiyəsinin oba, kənd, qışlaq və məzrələrini siyahıya aldığı zaman kəndin adını Qurd-Qacı olaraq qeyd etmişdir.

Bu kəndin adının Qurdqajı olduğunu sübut edən sənədlərdən biri Azərbaycan Respublikasının Dövlət Arxivində 123-cü fondun 7 saylı işin 155–169-cu səhifələrində özünü qoruyub saxlayır. Bu qeydiyyat 1848-ci ildə qeydə alınmışdır. Kəndin yerləşdiyi ərazi ümumilikdə Qasımuşağı dərəsi adlandırılırdı.

Azərbaycan SSR (AzNHU) Xalq Təsərrüfatı İdarəsi tərəfindən 1933-cü ildə hazırlanmış “ASSR-in inzibati bölgüsü” adlı nəşrdə də kəndin adı Qurd-Qacı olaraq göstərilmişdir.

Tarixi Kürdhacı kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının, 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsininПолное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368, 1867-ci ildə Zəngəzur qəzasınınПолное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259 tərkibində mövcud olmuşdur. 1877-ci ildən Hacısamlı bəyliyinin mərkəzi qəbul edilir. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur.

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının Cavanşir və Zəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdurИз протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.. Qəzanı əhatə edən 6 dairədən biri də Kürdhacı kəndi olmuşdur. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.

Kürdhacı kəndi XVIII yüzildə boş sahə olub. Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən gəlmiş Hacısamlı camaatının Qasımuşağı tayfasına verib. Həmin tayfa orda binə bağlayıb.

Kəndin ərazisində Qafqaz Albaniyası dövrünə aid tikinti qalıqları, müxtəlif səpkili, müxtəlif tipli yazılı daş abidələr, Alban qəbiristanlığının qalıqları qalmışdır. Daşın başı, Daşın altı adlanan ərazilərdə belə qəbiristanlıq qalıqlarına və daş üstü yazılara rast gəlmək olurdu. Ermənilər Kürdhacı kəndi ərazisində olan müxtəlif tipli tarixi Alban abidələrini də müxtəlif yollarla, dəyişikliklər aparmaqla onları özününküləşdirməyə çalışmışdır.

Orta çağlarda Müasir Kürdhacı (Qurd–Qacı) kəndi orta çağlarda çox abad idi və Mağavuz nahiyəsinə bağlı idi. Həmin dövrlərdə kənd də olan evlər əsasən xərək, potuğa, qara dam, dam, şirvanı dam (yerli şəraitə uyğun yer altı qazmadan düzəldilmiş olan tikililər) adlanan xüsusi tikililərdən tikilmişdir. Evlərin damı palıddan hazırlanmış taxta kirəmit ilə bağlanırdı. Belə tikililərdən bir neçəsi ermənilərin törətdikləri məlum 1992-ci il hadisələrinə qədər qalırdı. Zaman ötdükcə yerli tikinti materiallarından daş evlər inşa edilmişdir.

Kürdhacı kənd ərazisi 1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Mağavuz nahiyəsinə daxil olmuşdur.Ənvər Çingizoğlu, Mağavuz nahiyəsi, "Soy" dərgisi, Bakı, 2009-cu il.

Kənd də və ətraf ərazilərdə yaşayan tayfanın başbilənlərinin bir hissəsi mərkəzi hakimiyyətə qarşı çıxdıqları üçün I Şah Abbas tərəfindən 1596-cı ildə cəzalandırılmış, məhv edilmiş və qalanları isə başqa ərazilərə köç edirlər.

Qarabağ xanlığı dönəmində Bəzi mənbələrdə XVIII yüzildə Kürdhacı kənd ərazisinin boş sahə olması, həmin ərazilərin Qarabağ xanı Pənahəli xan Sarıcalı-Cavanşir bu sahəni Xorasan əyalətindən geri dönmüş Hacısamlı camaatının Qasımuşağı tayfasına verdiyi və həmin tayfanın orda binə bağlayıb yaşaması qeyd edilir. Bir başqa mənbədə isə Qasım bu torpağı qohumu, qardaşı oğlu Şirin bəy Hacı Hüsən bəy oğlundan alıb. Şirin bəy Hacı Sam bəyin nəvəsi idi.Ənvər Çingizoğlu. Hacısamlı camaatı, "Soy" dərgisi, Bakı, 2009. Əslində tez-tez baş verən savaşlar və başqa bölgələrə köçürmələr nədəniylə Kürdhacı kəndi xaraba qalaraq məzrəyə çevrilmişdir.

XX əsrin əvvəlləri XIX əsrin sonlarından başlayaraq "Böyük Ermənistan" xülyası ilə yaradılmış erməni terror dəstələri fəallaşmağa başladı. 1918–1920-ci illərdə artıq bu terrorçular Zəngəzuru və Qarabağı işğal etmək üçün orada yaşayan türklərə qarşı kütləvi qırğınlar başlatdı. Həmin dövrdə Qarabağ general-qubernatoru Xosrov bəy Sultanov və Hacısamlı nahiyəsiin bəyləri Paşa bəy Muradov və Sultan bəy Sultanovun rəhbərliyi altında erməni terrorçularından müdafiə olunmaq üçün özünümüdafiə dəstələri yaradıldı və erməni terrorçularına qarşı döyüşlər aparıldı. Bu döyüşlərdə Kürdhacı kənd sakinlərindən Novruzov Müslüm Dadaş oğlu, Şahnəzərov Lələkişi Ağakişi oğlu, Həsənov Rəcəb Cəbrayıl oğlu, Novruzov Əbdülxalıq Dadaş oğlu, Piriyev Astan Piri oğlu (Çalastan), Şahnəzərov Kalbalı Murad oğlu, Bəxtiyarov Cavad Bəxtiyar oğlu fəal iştirak etmişdir. Bu döyüşlər zamanı Novruzov Müslüm Dadaş oğlu və Bəxtiyarov Cavad Bəxtiyar oğlu şəhid olmuşdur.

1905–1906-cı il hadisələri haqqında Zəngəzur qəza polis rəisi Fon–Menzenkampf öz raportunda bu hərakata başçılıq edənlər arasında kənd sakinləri Paşa bəy Sultanov və Sultan bəy Muradovla yanaşı İsgəndər bəy Muradovun adınıda qeyd etmişdir.

Kommunistlərin fitvası ilə kolxozlaşma dövründə aparılan repressiya zamanı Kürdhacı kənd sakinləri də bir çox çətinliklərlə üzləşdi. Kənd əhalisi nə qədər fəallıq göstərsədə repressiya dövrü qurbansız ötmədi: 55 yaşlı Şahnəzərov Salman Muradxan oğlu (1883–18.3.1938) günahsız olduğu halda həbs olundu və güllələndi..Azərbaycan Respublikası SPİHMDA: f.1,siy.44,iş 251,v.4

İkinci Dünya müharibəsi dövründə Böyük Vətən Müharibəsinin acı nəticələri nəticəsində Kürdhacı kəndinin əhalisi də böyük itkilərlə üzləşdi və kənddən müharibəyə yollanan bəzi sakinlər Almaniya üzərində qələbədən sonra cəbhədən qələbə ilə dönsədə bir çox sakinlər geri qayıtmadı.

Böyük Vətən Müharibəsinin ilk günlərindən Kürdhacı kənd sakinlərindən bu müharibədə iştirak etmişdir: Ağakişiyev Bulud Atakişi oğlu, Ağakişiyev Ağakişi Lələ oğlu, Bəxtiyarov Bəxtiyar Uğurlu oğlu, Bəxtiyarov Həsən Cavad oğlu, Cabbarov Həsən Firuddun oğlu, Cabbarov Hüseyn Firuddun oğlu, Cabbarov İsrəfil Firuddin oğlu, Cabbarov Qaçay Firuddun oğlu, Cabbarov Umud Abdulla oğlu, Hüseynov Əli Həsənalı oğlu, Hüseynov Nemət Niftalı oğlu, Qəhrəmanov Murtuza İbrahim oğlu, Quliyev Misir İbadulla oğlu, Quliyev Nəsir İbadulla oğlu, Quliyev Müsləddin İbadulla oğlu, Quliyev Sədrəddin İbadulla oğlu, Mayılov Mayıl Zeynalabdın oğlu, Muradov Əliş Abduləzim oğlu, Muradov Fərman İsbəndiyar oğlu, Muradov Məhəmməd İsbəndiyar oğlu, Musayev Qara Allahverdi oğlu, Novruzov Bəylər Ələkbər oğlu, Novruzov Əkbər Ələkbər oğlu, Novruzov Xanlar Ələkbər oğlu, Novruzov Niyaz Əsgər oğlu, Priyev Əhəd Aslan oğlu, Şahnəzərov Bəylər Kalbalı oğlu, Tapdıq Fətulla oğlu və digərləri..

Müharibədə taxıl qıtlığı bütün dünyada olduğu kimi Kürdhacı kəndinə də öz təsirini göstərmişdi. Artıq un sakinlərə rayon mərkəzində talonla verilirdi. Kənd qadınları (hətta orta yaşlı uşaqlarda) dəstə–dəstə vaxtaşırı ərazidə olan meşələrin əlçatmaz yerlərinə yollanar, xəzəlin altında olan palıd qozalarını toplayardılar. Axşamçağı topladıqları palıd qozalardan şələ tutub kəndə dönərdilər.

Tədarük edilmiş palıd qozaları sacda qovrulur, qabığı təmizlənərdi. Daha sonra kirkirədə (həcmi çox olduqda dəyirmanda) üyüdülərdi. Bir az un əlavə edilməklə çörək bişirilərdi. Beləliklə də yaranmış çətinlikdən, aclıqdan yaxa qutarardılar. Bu məqsədlə palıd qozaları ilə yanaşı boranı, şəkər çuğunduru, armud qurusu (qax) və digər ərzaqlardan da istifadə edilirdi. Bundan əlavə qovrulmuş palıd qozası çörək əvəzi istifadə edilərək pendir və ya şor ilə birlikdə yeyilərdi..

Ön cəbhəyə yardım məqsədi ilə qadınlar zinyət əşyalarını toplayıb təhvil verir, qış aylarında isti paltar, yun əlcək və corablar toxuyub əsgərlərə göndərirdilər. Sakinlər arxa cəbhədə gecə-gündüz çalışırdılar.

İşğal dövrü Torpaq iddiası ilə 1988-ci ilin əvvəllərindən ermənilər müharibəyə başladı. Nəhayət, 1992-ci il 18 may tarixdə Laçın şəhəri və şəhərə yaxın ərazilər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. Bununla da kəndin ərazisi döyüş meydanına çevrildi. Kənd 29 may 1992-ci il tarixə qədər müdafiə olunsada, sonda Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilərək yaşayış evlərinin əksəriyyəti yandırıldı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilən kənddə yaşayış yenidən bərpa edilsə də, 02 aprel 1993-cü il tarixdə Kəlbəcər rayonunun işğalından sonra mühasirədə qalan kənd sakinləri məcburən kəndi tərk etdilər"Laçın yurdu" jurnalı. Bakı: "Bəxtiyar-4" nəşriyyatı, № 3 (6), 2012, səh. 14..

12 avqust 1949-cu il tarixli dörd Cenevrə konvensiyaları və onların 8 iyun 1977-ci il tarixli Əlavə Protokollar və digər beynəlxalq sənədlərə Ermənistan Respublikası 1993-cü ilin iyununda qoşulub və bu sənədlərin tələblərinə riayət olunması üzrə qeyd–şərtsiz öhdəlik götürmüşdür.