Ouşen-Fols () — Kanadanın Britaniya Kolumbiyası əyalətində yerləşən keçmiş şirkət şəhərciyi. Ouşen-Folsda mövsümi olaraq 50 nəfər yaşadığı üçün tam olaraq kabus şəhər hesab olunmamaqdadır. Buna baxmayaraq bir çox mənbələr tərəfindən kabus şəhər kimi təqdim edilir.

Şəhər XX əsrin əvvəllərində Crown Zellerbach şirkətinin ərazidəki su dəyirmanlarında çalışan işçilərin yaşaması üçün salınmış və obyekt fəaliyyətinin zamanla azalmasına görə şəhər tərk edilmişdir. Ouşen-Folsa Britaniya Kolumbiyasının digər şəhərindən quru yolu ilə getmək mümkün deyil.

Şəhərə kiçik gəmilərlə 6 saatlıq səfərdən sonra çatmaq mümkündür. Şəhər yağışın bolluğu ilə seçilir - hər il təxminən 4,390 millimetr (172,8 düym) həcmində yağıntı olur. XX əsrin ortalarında şəhər sakinləri Yağış insanlar mənasına gələn () təxəllüsündən istifadə edirdilər. Ramsey, Bruce (1997). Rain People: The Story of Ocean Falls, 2nd edition. Edited by Roland Neave. Publisher: Wells Gray Tours, Kamloops, BC. Copyright 1997 by Ocean Falls Public Library Association. .

İstinadlar

Kateqoriya:Sahilyanı yaşayış məntəqələri Kateqoriya:Britaniya Kolumbiyası Kateqoriya:Kabus şəhərlər