Rafiq Heydər oğlu Nağıyev () — Birinci Qarabağ müharibəsi iştirakçısı, 811 saylı Laçın dağ-atıcı alayının qərargah rəisi (1992–1994), mayor.Sultan Laçın. "Surət Hüseynovdan məxfi əmr gəldi…" — Qərargah rəisinin gündəliyindən . moderator.az saytı, 12/09/2018

Həyatı Rafiq Nağıyev 5 oktyabr 1957-ci ildə Laçın rayonunun Seyidlər kəndində anadan olub. 1963–1967-ci illərdə Seyidlər kənd ibtidai məktəbində, 1967–1973-cü illərdə Pircahan kənd orta məktəbində, 1973–1976-cı illərdə isə Şuşa Kənd Təsərrüfatı Texnikomunda təhsil alıb.

1976–1978-ci illərdə Belarusiya SSR-də sovet ordu sıralarında hərbi xidmətdə olub. 1978–1979-cu illərdə Gəncə Aliminium zavodunda operator vəzifəsində, 1980–1981-ci illərdə Laçın rayon Baytarlıq müalicəxanasında çalışıb.

1981-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Hərbi hazırlıq fakültəsinə daxil olub, 1985-ci ildə institutu bitirib. 1985-ci ildən 1991-ci ilə qədər Laçın şəhər 1 saylı orta məktəbində hərbi rəhbər vəzifəsində çalışıb. Həmçinin 1988–1991-ci illərdə Laçın şəhərində yaradılmış Müdafiə Komitəsinin sədr müavini olub.

Birinci Qarabağ müharibəsində iştirakı 1 oktyabr 1991-ci ildə 01 saylı əmrlə Laçın Ərazi Özünü Müdafiə Batalyonunun qərargah rəisi, 27 mart 1992-ci ildən 15 oktyabr 1993-cü ilədək 811 saylı Laçın Dağ Atıcı Alayının qərərgah rəisi, 20 oktyabr 1993-cü ildən isə 896 saylı Cəbrayıl Alayının qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində fəaliyyət göstərib.Arif Məmmədli, Ramil Cəbrayıl, Mübariz Məmmədov. "Laçının işğalı ilə bağlı həqiqətlər — Laçın alayının sabiq qərargah rəisi danışır (MÜSAHİBƏ) . karabakhmedia.az saytı, 16–05–2017.

Sarıbaba dağında və Tığik kəndində keçirilən hərbi əməliyyatlarda uğur qazanmışdır.

Müharibədən sorakı fəaliyyəti 1996-cı ilin yanvarından 2000-ci ilin avqustuna kimi Bakı Dövlət Universitetində hərbi kafedrada baş müəllim işləyib.

2000-ci ilin sentyabrından 2003-cü ilin iyununadək Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mülkü Müdafiə İdarəsində Əməliyyat növbətçisi vəzifəsində xidmət edib. 2003-cü ilin iyunundan yaşa görə ehtiyata buraxılıb.

Rütbələri 1985-ci ildə leytenant, 1988-ci ildə baş leytenant, 11 noyabr 1991-ci və 19 yanvar 1994-cü ildə (iki dəfə) kapitan, 19 yanvar 1998-ci ildə mayor rütbəsi almışdır.

Təltifləri 2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunmuşdur.

Ailəsi Ailəlidir. 3 qız övladı, 2 nəvəsi var.

İstinadlar

Xarici keçidlər Namidə BİNGÖL, Laçında qərargah rəisi olmuş keçmiş döyüşçü 25 il əvvəlin 15 mayından danışdı: "Çingiz Mustafayevə dedim ki, bacarırsan, get çək!", modern.az saytı, 15.05.2017

Kateqoriya:Azərbaycan tərəfindən Birinci Qarabağ müharibəsi iştirakçıları Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Azərbaycan memuarçıları Kateqoriya:"Laçın" döş nişanı ilə təltif edilənlər