Patrisiya Espinosa (; ) — Meksikalı siyasi və dövlət xadimi, diplomat. 18 may 2016-cı il tarixindən BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyasının icraçı katibi. Meksikanın Xarici İşlər Naziri (2006–2012).
Bioqrafiya O, Mexiko Kollecini (El Colegio de México) və Cenevrə Universitetində Beynəlxalq Tədqiqatlar İnstitutunun beynəlxalq hüquq üzrə aspiranturasını bitirib.
Karyera diplomatı. 16 sentyabr 1981-ci ildən Meksika Xarici İşlər Nazirliyi sistemində o, BMT-nin Cenevrə ofisində Meksika missiyasında işləyib, xarici işlər nazirinin müavininin müşavirlərinin koordinatoru, beynəlxalq təşkilatların direktoru, Meksikanın Nyu-Yorkdakı BMT yanında Daimi Nümayəndəliyinin üzvü olub.
Bu sonuncu vəzifədə o, BMT Baş Assambleyasının Üçüncü Komissiyasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, insan hüquqları, sosial inkişaf, qadınların irəliləyişi, uşaq hüquqlarının təşviqi və müdafiəsi kimi məsələlərə cavabdeh olub. Baş Assambleyanın 51-ci sessiyasında o, bu komissiyanın sədri olub. Daha sonra müxtəlif beynəlxalq təşkilatların rəhbəri olub.
13 yanvar — 21 mart 2001-ci ildə Meksika Milli Qadınlar İnstitutunun prezidenti olur.
22 mart 2001 – 5 iyun 2002 və 6 sentyabr 2013 – 7 iyul 2016-cı illərdə Meksikanın Almaniyadakı səfiri işləyir. 6 iyun 2002 – 30 noyabr 2006-cı ildə Meksikanın Avstriyadakı səfiri, eyni zamanda Slovakiya, Sloveniyada və Meksikanın Vyanadakı beynəlxalq təşkilatlarda nümayəndəsi olur. 1 dekabr 2006-cı il — 30 noyabr 2012-ci il tarixlərində Felipe Kalderonun sağ mərkəzçi hökumətində Xarici İşlər Naziri vəzifəsində çalışıb.
18 may 2016-cı ildən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibidir. O, həmçinin rəhbər vəzifələrdə və siyasi gündəmlərdə gender bərabərliyi məsələləri üzrə beynəlxalq səviyyədə işləyirMembers International Gender Champions (IGC)..
Ailəlidir iki övladı vardır.
İstinadlar
Xarici keçidlər
PATRICIA ESPINOSA CANTELLANO SECRETARÍA DE RELACIONES EXTERIORES "Se hara politica exterior de Estado" Patricia Espinosa PATRICIA ESPINOSA CANTELLANO. Secretary of Foreign Affairs UN Climate Change. Executive Secretary Patricia Espinosa Cantellano, Secretary of Foreign Affairs of Mexico Patricia Espinosa Cantellano Secretary-General Appoints Patricia Espinosa Cantellano of Mexico Executive Secretary of United Nations Framework Convention on Climate Change Kateqoriya:XXI əsrin diplomatları Kateqoriya:XX əsrin diplomatları Kateqoriya:BMT rəsmiləri Kateqoriya:Digər ölkələrin Almaniyadakı səfirləri Kateqoriya:Digər ölkələrin Avstriyadakı səfirləri Kateqoriya:Digər ölkələrin Slovakiyadakı səfirləri Kateqoriya:Digər ölkələrin Sloveniyadakı səfirləri Kateqoriya:Meksika səfirləri Kateqoriya:Xarici işlər nazirləri Kateqoriya:XXI əsrin Meksika siyasətçiləri