Atıfzadə Hüsaməddin Əfəndi () — Osmanlı şeyxülislamı və alimi.Karal, Osmanlı Tarihi, VII, 140.

Həyatı 1799-cu ildə İstanbulda dünyaya gəldi. Qurduğu kitabxanasıyla məşhur Dəftərdar Atıf Əfəndinin nəslinə mənsub olub, rəisülküttab Mehmed Cəmaləddin Əfəndinin nəvəsi, III Səlim dövrünün alimlərindən Camal Əfəndinin oğludur.Danişmend, Kronoloji2, V, 154. Atasının və dövrün tanınmış alimlərindən təhsil aldıqdan sonra 1814-ci ildə müdərrisliyə yüksəldi. Qısa müdərrislik dövrünün ardından çox keçmədən Saloniki qazısı təyin olundu. 1859-cu ilədək müxtəlif dövlət vəzifələrində xidmət etdikdən sonra həmin il Anadolu qazəsgəri oldu. Çox keçmədən Rumeli qazəsgəri, 23 noyabr 1863-cü ildə isə şeyxülislamlığa yüksəldi. İki ildən çox bu vəzifədə qaldıqdan sonra 9 avqust 1866-cı ildə səbəbi göstərilmədən vəzifədən alındı. 1868-ci ildə məclis üzvü seçildi. 1871-ci ildə vəfat edən Hüsaməddin Əfəndi Üsküdardakı ailə məzarlığına dəfn olundu.Lutfî, Târih, IX, 37, 47, 125, 128, 162; X, 103, 105, 113; XI, 15; XII, 7; XIII, 11, 27, 58.

Mənbə Cevdet, Tezâkir, IV, 63. İlmiyye Salnâmesi, s. 594–595.

İstinadlar