Xəyallar hara gətirə bilər () — Riçard Metisonun eyniadlı əsəri əsasında Vinsent Uord tərəfindən çəkilmiş fentezi-dram filmi.
Film ən yaxşı vizual effektlər nominasiyasında Oskar mükafatının laureatı olmuşdu.
Məzmun Kris və Enni tətildə olarkən tanış olurlar. Aşiq olduqdan sonra evlənirlər, vaxt keçdikcə bir oğul və bir qızları da olur. Amma bir gün hər iki övladını avtomobil qəzasında itirirlər. Enni depressiyaya düşür, Kris isə unutmağa çalışaraq pediatr peşəsinə çoxlu vaxt ayırır.
Dörd il sonra Kris də avtomobil qəzasına düşərək dünyasın; dəyişir. Ruhu arvadı Enninin yanında qalır, Enni bunu hiss edir, lakin psixikası dözmür. Buna görə Kris onu tərk edir və cənnətə düşür.
Bir müddət sonra tam tənhalığa dözə bilməyən Enni intihar edir. Bu ölümcül günaha görə onun ruhu cəhənnəmə düşür. Bundan xəbər tutan Krisin ruhu arvadını axtarmağa başlayır.
İstinadlar
Xarici keçidlər
What Dreams May Come at Vincent Ward Films
Kateqoriya:1998-ci ilin ABŞ filmləri Kateqoriya:ABŞ-nin fentezi dram filmləri Kateqoriya:Həkimlər haqqında filmlər Kateqoriya:Sputnik mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin romantik dram filmləri Kateqoriya:İngilis dilində romantik dram filmləri Kateqoriya:Yas haqqında filmlər Kateqoriya:Ən yaxşı vizual effektlərə görə Oskar mükafatı alan filmlər Kateqoriya:ABŞ romanlarına əsaslanan filmlər Kateqoriya:Fantastika romanları əsasında çəkilən filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Depressiya haqqında filmlər Kateqoriya:Paralel kainatlar haqqında filmlər Kateqoriya:Fentezi romanları əsasında çəkilən filmlər Kateqoriya:İntihar haqqında filmlər Kateqoriya:San-Fransiskoda çəkilən filmlər