Mino Rayola (, ) — İtalyan əsilli Niderland futbol agenti. O, bir çox tanınmış futbolçuların, o cümlədən, Pavel Nedved, Zlatan İbrahimoviç, Lorenzo İnsine, Mario Balotelli, Romelu Lukaku və Pol Poqbanın agenti olmuşdur.
Erkən həyatı Rayola 1967-ci ildə İtaliyanın cənubundakı Kampaniya əyalətinin Noçere-İnferyore şəhərində anadan olub. O, bir il sonra valideynləri ilə Hollandiyanın Haarlem şəhərinə köçmüşdür. Hollandiyada Rayolanın gənclik illəri atasının qurduğu pizzaçılar şəbəkəsində keçib., O, atasına yaxınlaşmaq üçün əvvəlcə qab-qacaq yuyurdu, sonra isə ofisiant kimi çalışırdı.
Şəxsi həyatı və ölümü Rayola ailəsi ilə birlikdə Monako knyazlığında yaşayırdı. O, yeddi dildə danışırdı: italyan, ingilis, alman, ispan, fransız, portuqal və holland.
2022-ci il aprelin 30-da Rayolanın ailəsi onun 54 yaşında dünyasını dəyişdiyini təsdiqləyən bəyanat yayıb.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:İtaliya futbolçuları Kateqoriya:İtaliya şəxsləri