Anam (, ) — 2018-ci ildə Şəbəkə 3 kanalında yayımlanmağa başlayan İran istehsalı dram serialı.

Serial İranın Şərqi Azərbaycan əyalətinin Kəleybər şəhərində, Nüvədi kəndində və Tehranda çəkilib.

Məzmun Macəralı və çətin bir həyat yaşayan, iradəsinə arxalanaraq özünə və ailəsinə sülh və rahatlıq gətirməyi bacaran Maral adlı orta yaşlı qadının həyat hekayəsidir. Lakin onun sirrinin üstünün açılması onu bu rahatlıqdan məhrum edir və həyatını yenidən çox çətinləşdirir. Başa düşür ki, onu sevən hər kəs ona dəfələrlə xəyanət edib. Ona görə də ondan haqsız yerə alınan hər şey üçün mübarizə aparmağa qərar verir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2018-ci ilin teleserialları Kateqoriya:İran teleserialları