Alessandro di Kristofano di Lorentso del Bronzino Allori (; ) — İtaliya (Florensiya) rəssamı, manyerizm üslubunun nümayəndəsi.
Həyat və yaradıcılığı Alessandro Allori 31 may 1535-ci ildə Florensiyada anadan olmuşdur. Əmisi Anyolo Bronzinonun tələbəsi olan Allori Mikelancelodan güclü təsirlənmişdir. Manyerizmin təsiri onun dizaynı şərti və sərt, rəngləri kəskin olan din mövzusundakı rəsmlərində xüsusilə nəzərə çarpır.
Allorinin əsərlərindən ən mühümləri: "Rəbbin vəftiz edilməsi", "İshaqın qurbanı", Culiano Mediçinin, Bianka Kapello portretləri, avtoportret (hər beşi Florensiyadakı Uffisi qalereyasında), kardinal Ferdinando Mediçinin portreti (Florensiyadakı Palasso Pittidə), "Məryəmin mövludu" (Florensiyadakı Santissima-Annunsiata kilsəsində), "Məsih Məryəm və Marfa ilə" (Vyana muzeyində), "Hamamda Varşava" və bir gəncin portreti (Ermitajda).
Onun oğlu Kristofano Allori də rəssam olmuşdur.
Qalereya
İstinadlar
Əlavə ədəbiyyat
Xarici keçidlər
Kateqoriya:İtaliya rəssamları Kateqoriya:XVI əsr İtaliya rəssamları Kateqoriya:XVII əsr rəssamları Kateqoriya:XVI əsr katolikləri Kateqoriya:XVII əsr İtaliya rəssamları Kateqoriya:Florensiya rəssamları