Axill (; ) — Qədim Misir hərbi xadimi. O, Misir fironu XIII Ptolemey Teos Filopatorun qəyyumlarından biri olmuşdur. Axill e.ə. 48-ci ildə Pompey Misirə qaçdığı zaman fironun qoşunlarının komandanı olmuşdur. Yuli Sezar Axilli qeyri-adi cəsarətə malik bir insan adlandırmışdır. O, xədim Potin və Xioslu Teodatın təklifi əsasında Lusi Septimi ilə Pompeyi öldürmüşdür.Julius Caesar, Commentarii de Bello Civili iii. 104Livy, Epit. 104Cassius Dio xlii. 4
İstinadlar
Kateqoriya:Edam olunanlar Kateqoriya:Qədim misirlilər