Əbu İshaq əs-Sələbi (; ) — islam ilahiyyatçısı, Quran tərcüməçisi, tarixşünası.
Həyatı Tam adı Əbu İshaq Əhməd ibn Məhəmməd ibn İbrahim Nisaburi Sələbidir. Onun həyatı haqqında az şey məlumdur. Sələbi hicri təqvim ilə 427-ci ilin Məhərrəm ayında (1035-ci ilin noyabrı) vəfat etmişdir.
Sələbi iki əsəri ilə tanınır. Birinci əsər çoxcildlik "əl-Kəşf vəl-bəyan ən təfsir əl-Quran" təfsiridir. İslam ilahiyyatçıları onun təfsirinin nüfuzuna şübhə ilə yanaşırlar, çünki burada Muqatil ibn Süleyman, Məhəmməd Kəlbi və digər etibarsız rəvayətçilərdən nəqllər var. Bu, yəqin ki, onun təfsirinin uzun müddət nəşr olunmamasını izah edir. Bəqəvinin (1122-ci ildə vəfat etmişdir) "Müəllim ət-tənzil" əsəri Sələbinin əsərinin qısaldılmış variantı hesab olunur.
Sələbinin ikinci məşhur əsəri təfsir kimi istifadə olunan, peyğəmbərlərin tarixinə aid "Ərais əl-məcalis fi qisas əl-ənbiya" kitabıdır. Ən erkən nəşri 1286-cı ilə aid edilir. Kitabdakı hadisələr Təbərinin istifadə etdiyi mənbələrdən istifadə edilməklə, peyğəmbərlərin tarixi ardıcıllığına uyğun təsvir edilmişdir. Sələbinin əsəri Kisainin əsəri ilə birlikdə peyğəmbərlərin tarixi üçün standart mənbəyə çevrilmişdir.
İstinadlar
Əlavə ədəbiyyat al-Thaʿlabī / Rippin, A. // Encyclopaedia of Islam. 2 ed: [англ.]: in 12 vol. / edited by P. Bearman; Th. Bianquis; C. E. Bosworth; E. van Donzel & W. P. Heinrichs. — Leiden : E. J. Brill, 2000. — Т. 10. — P. 434. (платн.) Dhahabi, al-Tafsir wa 'l-mufassirun, Cairo 1967, i, 227–34;
Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:İslam tarixçiləri