Retcenu (rṯnw; Reṯenu, Retenu) — Qədim Misirdə Kənan və Suriya üçün istifadə edilən ad. Bu, Negev səhrasının şimalından Oront çayına qədər olan regionu əhatə edirdi. "Retcenu"nun sərhədləri zamanla dəyişmişdir, lakin ümumiyyətlə üç vilayətdən ibarət idi. Ən cənubda Kənanla eyni sərhədləri olan Cahi idi. Livan ortada, Aralıq dənizi ilə Oront çayı arasında yerləşirdi. Livanın şimalı Amurru adlandırılmışdır, bu da amoritlərin ölkəsi idi.Steindorff, George. When Egypt Ruled the East. p. 47. University of Chicago Press, 1942.

Ümumiyyətlə, Misir kitabələrində "Retcenu" haqqında çoxlu qeydlər var.

İstinadlar

Kateqoriya:Kənan Kateqoriya:Finikiya Kateqoriya:Qədim Misir coğrafiyası