Normans-Key — Baham adalarında ada. Eksumanın bir hissəsidir. Florida sahillərindən aralıda yerləşir. 1978–1982-ci illərdə ada kolumbiyalı narkobaron Karlos Lederə məxsus idi və Kolumbiyadan ABŞ-yə kokain qaçaqmalçılığı üçün tranzit baza rolunu oynamışdır.

Tarixi Yeni seçilmiş hökumət yerli deputatın etirazı ilə dövlətə məxsus adanın 40,5 milyon dollara satılması ilə bağlı müqavilə imzalamışdır. Hökumət hesab edirdi ki, bu addım ölkə iqtisadiyyatının xarici investorlar tərəfindən daha da maliyyələşdirilməsinə töhfə verəcək.

Populyar mədəniyyətdə

2001-ci ildə baş rolda Conni Deppin olduğu "Kokain" filminin səhnələri Normans-Keydə çəkilmişdir. Ada Corc Yanq və T. Rafael Çiminonun "Ağır" romanında xatırlanır.

İstinadlar

Kateqoriya:Baham adalarının adaları Kateqoriya:Atlantik okeanın adaları