Marvel Kinematoqrafiya Kainatının Üçüncü fazası — Marvel Comics personajları əsasında Marvel Studios tərəfindən istehsal olunan ABŞ superqəhrəman filmlər seriyası.
Filmlər
Üçüncü fazaSıraAzərbaycanca adıOrijinal adıRejissor(lar)Ssenarist(lər)Prodüserİlk baxış13Kapitan Amerika: Vətəndaş müharibəsiCaptain America: Civil WarAntoni Russo və Coe RussoKristofer Markus və Stefen MakfiliKevin Fayqi ABŞ 6 may 201614Doktor StrencDoctor StrangeSkott DerriksonSkot Derrikson, Robert Karqill və Con Spaits ABŞ 4 noyabr 201615Qalaktika mühafizəçiləri 2Guardians of the Galaxy Vol. 2Cems Qunn ABŞ 5 may 201716Hörümçək-adam: Evə qayıdışSpider-Man: HomecomingCon VattsCon Vatts, Conatan Qoldstein, Con Fransis Deley, Kristofer Ford, Kris Makkenna və Erik SommersKevin Fayqi və Emi Paskal ABŞ 7 iyul 201717Tor: RaqnarökThor: RagnarokTaika VaititiKristofer Yost, Kreiq Kayli və Stefani FolsomKevin Fayqi ABŞ 3 noyabr 201718Qara panteraBlack PantherRian KuqlerCoe Robert Kole və Rian Kuqler ABŞ 13 fevral 201819Qisasçılar: Sonsuzluq savaşıAvengers: Infinity WarAntoni Russo və Coe RussoKristofer Markus və Stefen Makfili ABŞ 27 aprel 201820Qarışqa-adam və Eşşək arısıAnt-Man and the WaspPeyton RidKris Makkenna, Erik Sommers, Andreu Berrer, Paul Rudd və Qabriel Ferrari ABŞ 6 may 201821Kapitan MarvelCaptain MarvelAnna Boden və Rian FlekMeq Lifauvi, Nikole Perlmen və Ceneva Robertson ABŞ 8 mart 201922Qisasçılar: FinalAvengers: EndgameAntoni Russo və Coe RussoKristofer Markus və Stefen Makfili ABŞ 26 aprel 201923Hörümçək-adam: Evdən uzaqdaSpider-Man: Far From HomeCon VattsKris Makkenna və Erik SommerKevin Fayqi və Emi Paskal ABŞ 2 iyul 2019
Kapitan Amerika: Vətəndaş müharibəsi (2016)
Sakoviada Altronun Qisasçılar tərəfindən məğlub edilməsindən təxminən bir il sonra Stiv Rocers, Nataşa Romanova, Sem Uilson və Vanda Maksimova Brok Rumovun labarotoriyadan bioloji silah oğurlamasının qarşısını almaq üçün Laqosda əməliyyat hazırlayırlar. Tutulan Rumlov özünü partladaraq Rocersi öldürmək istəyir. Amma düyməyə basmamış Maksimova telekinez bacarıqlarını istifadə edərək partlamanı başqa istiqamətə çevirir. Bununla da yaxınlıqda yerləşən binada yaşayan bir neçə Vakandalı insanı yanlışlıqla öldürür. Hadisə mətbuatda ciddi təsir göstərir. Həmin anda ABŞ Dövlət Departamentindən Taddeus Ross Qisasçılara BMT-nin hazırladığı Sakovia müqaviləsini təqdim edir. Toni Stark Altronun yaranmasında və Sakoviada səbəb olduğu dağınıtlarda iştirakına görə dövlət nəzarəti altında qalmağın tərəfindədir. Komandanın digər lideri Stiv Rocers isə siyasətçilərdən daha çox şəxsi mühakiməsinə güvəndiyini bildirərək sövdələşməni rədd edir. Filmin əsas mövzusu 2006-cı ildə məhdud sayda nəşr edilən Vətəndaş müharibəsi komiksinə əsaslanır.
2014-cü ilin yanvar ayında Antoni və Coe Russo üçüncü Kapitan Amerika filminə rejissorluq etmək üçün yenidən müqavilə imzaladılar. İlk iki filmdə olduğu kimi Kris Evans Kapitan Amerika roluna, Kevin Fayqi prodüserliyə, Kristofer Markus və Stefen Makfili isə ssenari yazmağa davam etdilər. 2014-cü ilin oktyabr ayında filmin adının rəsmi olaraq Kapitan Amerika: Vətəndaş müharibəsi olduğu açıqlandı. Filmdə Robert Dauninin də Toni Stark / Dəmir adam olacağı bilindi. Üçüncü dönəmin ilk filmi olan Kapitan Amerika: Vətəndaş müharibəsinin çəkilişləri 2015-ci ilin aprel ayında Atlantada başladı və 2015-ci ilin avqust ayında bitdi. Filmin premyerası 12 aprel 2016-cı ildə Hollivudda baş tutdu. 27 apreldə dünya üzrə, 6 mayda isə ABŞ üzrə ilk baxışa çıxarıldı.
Filmdə 2017-ci ildə solo filmi çıxan Tom Holland (Piter Parker / Hörümçək-adam) və 2018-ci ildə solo filmi çıxan Çadvik Bosemen (Tiçalla / Qara pantera) kinematoqrafiya kainatında ilk dəfə təqdim edilmişdir. Uilliam Hart 2008-ci il istehsalı İnanılmaz Halkda canlandırdığı Tunderbolt Ross rolunu ABŞ Dövlər Departamentinin başçısı olaraq filmdə yenidən canlandırmışdır. Russo qardaşları Qara panteranın Stiv Rocers və Baki Bernersə Vakandaya sığınmalarına icazə verdiyi "post-credits" səhnə üçün Vakandanın görünüşü və dizaynı mövzusunda Qara panteranın rejissoru Rian Kuqlerdən kömək aldığını açıqlamışdır.
Doktor Strenc (2016)
Nyu-York şəhərində yaşayan uğurlu, varlı və təkəbbürlü neyrocərrah Stiven Vinsent Strenc avtomobil qəzası keçirir və əllərindəki sinirlər ciddi şəkildə zədələnir. Qəzanın nəticəsində cərrahlıq edə bilməyəcək vəziyyətə düşür. Strenc beldən aşağısının iflic olmasına baxmayaraq ayaqlarını inanılmaz şəkildə yenidən istifadə edə bilən Conatan Panqborn adlı xəstə haqqında məlumatlar öyrənir. Tibetdə yaşan və bütün yaraları sağalda bilən "Ancient One" adlı sehrbazın olması onun üçün yeni ümid mənbəyi olur.
2010-ci ilin iyun ayında Tomas Dean Donnelli və Yoşua Oppeneimer Doktor Strenc komiksinə aid film ssenarisi yazmaq üçün işə gətirildilər. Fayqi 2013-cü ilin yanvar ayında Doktor Strenc filminin Üçüncü dönəmin hissəsi olacağını təsdiqlədi. 2014-cü ilin iyun ayında rejissorluğa Skott Derrikson seçildi. 2014-cü ilin dekabr ayında Benedikt Kamberbetçin Strenc rolunu canlandıracağı, Con Speitsin isə ssnearist olacağı açıqlandı. 2015-ci ilin dekabr ayında Robert Karqillin filmdə ortaq ssenarist olduğunu açıqlandı. Aprel ayında isə Skott Derriksonun ssenaridə üçüncü şəxs olacağı açıqlandı. İlk çəkiliş mərhələsi 2014-cü ilin iyun ayında başladı. Əsas çəkilişlər isə 2015-ci ildə Nepalda başladı və çəkiliş 2016-cı ilin aprel ayında Nyu-Yorkda sona çatdı. Doktor Strencin premyerası 13 oktyabr 2016-cı ildə Honkonqda baş tutdu. Film 25 oktyabr 2016-cı ildə Birləşmiş Krallıqda, 4 noyabrda isə ABŞ-da ilk baxışa çıxarıldı.
Derrikson filmdəki hadisələrin "təxminən" bir il davam etdiyini və "MCU-nun qalan hissəsinə uyğun olaraq" bitdiyini açıqladı. Həmçinin Doktor Strenc zamanı manipulyasiya edə bilən mistik əşya "Eye of Agamotto"-nu (Aqamottonun gözü) kinematoqrafiya kainatında ilk dəfə göstərdi və bu əşyanın Sonsuzluq daşlarının beşincisi olan Zaman daşı olduğu ortaya çıxdı. "Post-credits" səhnədə Tor: Raqnarökun mövzusu ilə əlaqəli olaraq Strenc və Torun uzun müddətdir itkin düşmüş Odin haqqında danışdıqları dialoq vardır. Səhnə Tor: Raqnarokun rejissoru Taika Vaititi tərəfindən çəkilmişdir.
Qalaktika mühafizəçiləri 2 (2017)
Qalaktika mühafizəçiləri kainatda səyahət edərək qalaktikanı qorumaq adlı fərqli macəraya başlayırlar. Komanda Piter Quillin atası haqqında daha çox məlumat əldə etməsinə və yeni düşmənlərlə savaşmasına kömək edir.
2014-cü ilin iyul ayında Qalaktika mühafizəçilərinin köməkçi ssenaristi Nikole Perlmenin Ceyms Qunnun davam filminə ssnaristlik və rejissorluq etmək üçün geri qayıdacağı açıqlandı. Kris Prett Piter Quill / Star-Lord roluna komandanın digər üzvləri ilə birlikdə geri qayıtdı. Aktyor heyətinə Mantis rolu ilə Pom Klementieff və Eqo rolu ilə Kurt Russell də qatıldı. Filmin adının 2015-ci ilin iyun ayında Qalaktika mühafizəçiləri 2 olduğu açıqlandı. Çəkilişlər 2016-cı ilin fevral ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin iyun ayında başa çatdı. Filmin premyerası 10 aprel 2017-ci ildə Tokioda baş tutdu. Film 5 may 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr 2014-cü ildə gerçəkləşən Qalaktika mühafizəçilərindəki hadisələrdən iki-üç ay sonra baş verir. "Post-credits" səhnədə Adam Varlok rolu kinematoqrafiya kainatında ilk dəfə göstərilmişdir. Qunn Varlokun gələcəkdəki Qalaktika mühafizəçiləi filmlərində də görünəcəyini və Marvel Kinematoqrafiya Kainatının kosmik tərəfinin "olduqca vacib hissəsi" olacağını bildirdi.
Hörümçək-adam: Evə qayıdış (2017)
Məktəbli Piter Bejamin Parker superqəhrəman olduğunu kəşf etməyə başlamışdır. 2016-cı ildə Qisasçılar komandası ilə yaşadığı təcrübədən sonra Toni Starkın nəzarətində xalası ilə yaşadığı məhəlləyə geri qayıdır. Normal yaşama geri qayıtmağa cəhd etsədə "məhəllənizin dost canlısı Hörümçək-adamı"ndan dah çoxu olduğunu Starka sübut etmək istəyir.
9 fevral 2015-ci ildə Sony Pictures və Marvel Studios Kevin Fayqi və Emi Paskalın ortaq prodüseri olduğu Hörümçək-adam filminin çıxarılacağını elan etdi. Həmçinin Sony Pictures-in filmin haqlarına sahib olmağa, filmi bazara çıxarmağa, distribütorliyinə və son idarəsini əlində saxlamağına davam edəcəyini açıqladı. Fayqi 2015-ci ilin aprel ayında başrolun Piter Parker olacağını təsdiqlədi və Marvelin ən az 2014-cü ilin oktyabr ayından bəri (Üçüncü dönəmin filmlərinin siyahısını açıqladıqları vaxt) MCU-ya Hörümçək-adamı əlavə etmək üçün çalışdıqlarını açıqladı. Fayqi həmçinin "Hörümçək-adam Üçüncü dönəm planlarımızda həmişə var idi. Müqavilə müsbət və ya mənfi şəkildə gedə bilərdi. Bu səbəblə rəsmi müqavilə imzalanana qədər heç bir şey açıqlamadıq." açıqlamasını etmişdir. 2015-ci ilin iyun ayında Tom Holland Hörümçək-adam roluna, Con Uatts isə rejissorluğa gətirildi. Sonrakı ay Con Fransis Daley və Yonathan Qoldsteinin ssenari üçün işə gətirildikləri açıqlandı. Ssneari üçün Uatts, Kristofer Ford, Kris Makkenna və Erik Sommers də əlavə işlərdə iştirak etdilər. 2016-cı ilin aprel ayında filmin adının Hörümçək-adam: Evə qayıdış olduğu açıqlandı. Çəkilişlər 2016-cı ilin iyun ayında Atlantanın Pinevud ərazisində başladı və 2016-cı ilin oktyabr ayında başa çatdı. Hörümçək-adam: Evə qayıdışın premyerası 28 iyun 2017-ci ildə Hollivudda baş tutdu. Film Birləşmiş Krallıqda 5 iyulda, ABŞ-da isə 7 iyulda ilk baxışa çıxarıldı.
Fayqi 2016-cı ilin aprel ayında əvvəlki MCU filmlərindəki personajların bu filmdə görünəcəyini açıqladı. Qısa müddət sonra Robert Dauninin Toni Stark / Dəmir adam rolu ilə filmin heyətinə qatıldığı açıqlandı. Con Favreau Heppi Hoqan, Qvinet Peltrou Pipper Potts və Kris Evans Stiv Rocers / Kapitan Amerika rollarını yenidən canlandırdılar.
Tor: Raqnarök (2017)
Mjollnir olmadan başqa planetdə əsir qalan Tor bacısı Helanı və yaxınaşan Raqnaröku dayandırmaq üçün Asqarda vaxtında qayıtmağa çalışır.
Marvel 2014-cü ilin yanvar ayında yeni Tor filmini istehsal etdiyini və film üçün Kreiq Kayli və Kristofer Yostu ssnarisliyə işə gətirdiyini açıqladı. 2014-cü ilin oktyabr ayında filmin adının Tor: Raqnarok olduğu dəqiqləşdi. 2015-ci ilin oktyabr ayında Tayki Vaytiti Tor:Raqnarokun rejissorluğu üçün müqavilə imzaladı. Hemsvort, Hiddlston, Elba və Hopkins Tor, Loki, Heimdall və Odin rollarını yenidən canlandırdılar. Əlavə olaraq Keyt Blanşett Hela rolu ilə heyətə qatıldı. İngilis rok qrupu Led Zeppelinin Skandinav mifologiyası mövzusu haqqında olan "Immigrant Song" adlı mahnısı filmdə istifadə edildi. Çəkilişlər 2016-cı ilin iyul ayında Avstraliyanın Village Roadshow studialarında başladı və 2016-cı ilin sonunda başa çatdı. Tor: Raqnarokun premyerası 10 oktyabr 2017-ci ildə Los-Anecelesdə baş tutdu. Film dünya üzrə 24 oktyabr 2017-ci ildə Birləşmiş-Krallıqda, ardınca 3 noyabr 2017-ci ildə ABŞ-da ilk baxışa çıxarıldı.
Filmdəki hadisələr 2013-cü ildə çəkilən Tor: Qaranlıq dünyada gerçəkləşən hadisələrdən dörd il sonra, Qisasçılar: Altron dövründəki hadisələrdən isə iki il sonra, Kapitan Amerika: Vətəndaş müharibəsi və Hörümçək-adam: Evə qayıdış filmləri ilə təxmini olaraq eyni anda gerçəkləşir. Mark Ruffalo və Benedikt Kamberbetç Brus Benner / Halk və Stefen Strenc / Doktro Strenc rollarını təkrar canlandırdılar. "Post-credits" səhnədə Qisasçılar: Sonsuzluq savaşı filmi ilə əlaqəli olan Tanosun kosmik gəmisi "Sanctuary II" kinematoqrafiya kainatında ilk dəfə görünmüşdür.
Qara pantera (2018)
left|thumb|Qara panteranın rejissoru Rian Kuqler Atasının ölümündən sonra Vakanda kralı olan Tiçalla haqqı olan taxta sahib çıxmaq üçün təcrid olunmuş şəkildə yaşayan və texnologiya cəhətdən irəlidə olan xalqına krallıq etmək üçün geri qayıdır. Tiçallanın əsl kral olub, olmadığı Vakandanın və bütün dünyanın taleyini təhlükə qarşısında qoyan böyük müharibəyə girəndə bilinəcək. Xəyanət və təhlükələr ilə qarşı-qarşıya qalan kral düşmənləri məğlub etmək və xalqının təhlükəsizliyini təmin etmək üçün müttəfiqləri ilə birlikdə bütün gücünü istifadə etməyə qərar veirir.