Ethereum — smart kontrakt funksionallığı ilə mərkəzləşdirilməmiş, açıq mənbəli blokçeyn. Eter (ETH və ya Ξ) platformanın yerli kriptovalyutasıdır. Kriptovalyutalar arasında bazar kapitalizasiyasına görə Ether Bitcoin-dən sonra ikinci yerdədir.

2022-ci ildə Ethereum tarixdəki ən böyük protokol yeniləməsini tamamladı. Tərtibatçılar Proof-of-Work (PoW) konsensus mexanizmindən uzaqlaşaraq daha ekoloji cəhətdən təmiz Proof-of-Stake (PoS) sisteminə keçdilər. Artıq işə salınmış Beacon Chain mövcud Ethereum əsas zənciri ilə birləşdirildikdə son mərhələ Merge (“birləşmə”) adlanırdı.

Beacon Chain-də məlumatların koordinasiyası və yeni blok istehsalı şəbəkənin təhlükəsizliyini təmin etməkdə gördükləri işlərə görə iqtisadi təşviq alan validatorların köməyi ilə həyata keçiriləcək. Birləşmə şəbəkənin enerji xərclərini ən azı 99,95% azaldacaq.

Keçidin əsas səbəbləri:

Proof-of-Work uzunmüddətli perspektivdə yaxşı miqyas almır və zəif davamlılığa malikdir.

Proof-of-Stake yalnız böyük investorların deyil, demək olar ki, hər kəsin şəbəkənin dəstəklənməsində iştirakını mümkün edir.

Blok mükafatını azaltmaqla ETH sikkələrinin buraxılış sürətinin azalmasına baxmayaraq, şəbəkə mükafatlarının paylanması daha ədalətli olacaq.

İstinadlar

Kateqoriya:Ethereum Kateqoriya:Kriptovalyuta layihələri Kateqoriya:Blokçeynlər Kateqoriya:Çarpaz platformalı azad proqram təminatı