Avantid () — Sikion tiranı. O, Aratın atası Klininin e.ə. 264-cü ildə öldürülməsindən sonra taxta çıxmışdır. Avantid sui-qəsddən sonra Klininin qalan dost və qohumlarının sürgün edilməsini və ya edam edilməsini əmr etmişdir. Özü e.ə. 251-ci ildə öldürülmüşdür. Ölümündən sonra atası Pasey tiran olaraq onun yerinə keçmiş, lakin sonradan Nikokl Paseyi öldürmüşdür.
İstinadlar
Kateqoriya:Qədim Yunanıstanın hökmdarları Kateqoriya:Qədim Yunanıstan tiranları