thumb|1970-ci illərdə Kanada hökumətinin uzun müddət Vankuver adasının şimal hissəsinə asfalt yol çəkdirəcəyini vəd etməsi region əhalisi tərəfindən qabaqlarına asılmış olan yerkökünə oxşadılmışdır. Qamçı və kökə, kök və çubuq və ya yerkökü və çubuq () — idiom. "yerkökü və çubuq" ifadəsi arzu olunan davranışa sövq etmək üçün mükafat və cəza birləşməsinin istifadəsi üçün metaforadır. Yaxşı davranışı mükafatlandırma, pis davranışı da cəzalandırma mənasına gəlir. İfadə ilk dəfə The Economist jurnalının 11 dekabr 1948-ci il buraxılışında istifadə edilmişdir.Oxford English Dictionary, Supplement İdiom həm də qarşısında kök asaraq eşşəyi gəzdirmək mənasını verir. Siyasətdə "yerkökü və çubuq" bəzən realist yumşaq və sərt güc anlayışına istinad edir. Bu kontekstdə yerkökü xalqlar arasında iqtisadi və ya diplomatik yardım vədi, çubuq isə hərbi əməliyyat təhlükəsi ola bilər.
İstinadlar
Kateqoriya:XIX əsrin neologizmləri Kateqoriya:İngilis dilində ifadələr Kateqoriya:İvrit dilində sözlər və ifadələr Kateqoriya:Siyasi tarix Kateqoriya:Diplomatiya növləri Kateqoriya:Beynəlxalq münasibətlər nəzəriyyəsi Kateqoriya:Politologiya terminologiyası