Numan ibn Əbdüləziz ibn Şüeyb ibn Ömər Kurtubi, həmçinin Bizans mənbələrində Anemas () — Bizans sərkərdəsi. O, Kritin sonuncu əmiri Əbdüləziz ibn Şüeybin oğlu olmuşdur. Numan Xandaksın mühasirəsindən və Kritin Bizans tərəfindən ələ keçirilməsindən sonra əsir götürülmüş, Konstantinopola aparılmış və burada Nikofor Fokanın triumfunda nümayiş etdirilmişdir.
Konstantinopolda məskunlaşdıqdan sonra Anemas xristianlığı qəbul etmiş və imperatorun cangüdəni olaraq Bizans ordusuna qatılmışdır. XI–XII əsrlərdə Bizans aristokratiyasında ortaya çıxmış Anemas ailəsinin onun nəslindən gəlməsi mümkündür.
Mənbə İstinadlar
Ədəbiyyat
Lilie, Ralph-Johannes; Ludwig, Claudia; Pratsch, Thomas; Zielke, Beate (1998–2013). Prosopographie der mittelbyzantinischen Zeit (in German). Berlin and Boston: De Gruyter.
Kateqoriya:Krit əmirliyi Kateqoriya:Bizans sərkərdələri Kateqoriya:XX əsr hərbçiləri Kateqoriya:Müharibələrdə və silahlı münaqişələrdə həlak olanlar Kateqoriya:X əsr ərəbləri