Lucas Learning — Corc Lukas tərəfindən 1996-cı ildə şagirdlər üçün qəliz, cəlbedici və əyləncəli təhsil proqram təminatı təqdim etmək məqsədilə "LucasArts"ın tərkibində təsis edilmiş şirkət. Onların bir çox mükafat qazanan buraxılışları ABŞ kurrikulumuna əsaslanırdı. Şirkətin qərargahı Kaliforniyanın San-Rafael şəhərində yerləşirdi və "MECC"in inkişaf üzrə keçmiş baş vitse-prezidenti və kreativ direktoru Suzan Şillinq rəhbərlik edirdi. Şillinq Corc Lukasın məhsullarla şəxsən məşğul olduğunu və şirkət mantrasının zorakılıqdan uzaq durmaq olduğunu iddia etmişdir. Studiya 1998-ci ildən oyunlar istehsal etmişdir. "Lucas Learning" 2001-ci ilin ortalarında bazarı tərk etmək qərarına gəlmişdir.

Qəbul "The Boston Herald"da 1999-cu ildə yazılmışdır ki, şirkət "Lukasın kinematoqrafiya və proqram təminatı tərəfləri arasında unikal əməkdaşlıq səyi ilə proqram təminatının hazırlanmasında yeni standart yaradır".

İstinadlar

Xarici keçidlər Interview with Lucas Learning's Jane Boston about company's philosophy and direction, The Journal

Kateqoriya:ABŞ videooyun şirkətləri Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Lucasfilm Games