Ləğuat (, Əl-Əqvat)Инструкция по передаче на картах географических названий арабских стран. — : «Наука», 1966. — С. 24. — Əlcəzairin mərkəzi hissəsinin şimalında şəhər, eyniadlı vilayətin inzibati mərkəzi.

Coğrafi mövqe Şəhər vilayətin şimal-şərq hissəsində, Böyük Səhranın şimal hüdudlarında, eyniadlı vahənin ərazisində yerləşir. Mütləq hündürlüyü dəniz səviyyəsindən 750 metrdir.

Ləğuat ölkənin paytaxtı Əlcəzairdən təxminən 325 kilometr cənubda yerləşir.

Əhalisi 2008-ci il siyahıyaalınmasında əhalinin 144,747 nəfər olduğu göstərilmişdir. İllər üzrə şəhər əhalisinin dinamikası: + 1977 1987 1998 2008 2012 42,186 69,435 106,665 144,747 170,693

Nəqliyyat Əlcəzair Hərbi Hava Qüvvələri bazası şəhərin cənub-şərqində, ən yaxın mülki hava limanı Hassi-Rmel şəhərində yerləşir.

İqtisadiyyat Kənd təsərrüfatı Ləğuat iqtisadiyyatının əsasını təşkil edir. Əhali meyvə, tərəvəz və dənli bitkilər yetişdirir. Xalçaçılıq inkişaf etmişdir.

İstinadlar

Kateqoriya:Əlcəzair şəhərləri Kateqoriya:XI əsrdə yaranan yaşayış məntəqələri