Jül Rime () — 1921–1954-cü illərdə FİFA prezidenti

Bu mütəxəssis nə az, nə çox düz 33 il FİFA-ya rəhbərlik edib. Rime "Red Star" klubunun da yaradıcısı olub. Bir müddət Fransa Futbol Federasiyasına rəhbərlik edib. Rimenin fəaliyyəti dövründə ilk dəfə Dünya Çempionatının təşkil olunması ideyası ortaya çıxıb. 1928-ci ildə Amsterdamda keçirilən iclasda Dünya Çempionatının keçirilməsi ideyası hamı tərəfindən bəyənilir. 1930-cu ildə ilk mundial keçirildi. Uruqvaydakı çempionatda elə ev sahibləri qalib gəldilər. Rimeyə idmanın təbliğatındakı xidmətlərinə və müharibə əleyhinə gördüyü işlərə görə Nobel Sülh Mükafatına namizəd göstərilib.

İstinadlar

Kateqoriya:FİFA prezidentləri Kateqoriya:Banyo qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sürendə vəfat edənlər Kateqoriya:Birinci Dünya müharibəsində Fransa hərbçiləri Kateqoriya:Fransanın Roma katolikləri