Əbu Abdullah Əhməd ibn Məhəmməd ibn Hənbəl əş-Şeybani əl-Mərvəzi (; ) — Hənbəli məzhəbinin banisi olan fəqih və mühəddis. "Əl-Müsnəd" əsəri məşhurdur.
Həyatı Əhməd ibn Hənbəl 780-ci ildə Bağdadda doğulmuşdur. Əslən ərəb olub, Şeyban qəbiləsinə mənsubdur və soyu Nizar qəbiləsində Məhəmməd peyğəmbərin soyu ilə birləşməktədir. Əhməd ibn Hənbəlin həyatı kasıbçılıq ilə keçmişdir. İki evliliyindən, oğulları Saleh ilə Abdullah, cariyəsindən də üç oğlu, bir qızı olmuşdur. Yoxsul olmasına baxmayaraq, dövlət vəzifəsində çalışmaqdan imtina etmiş, heç kimsəyə möhtac qalmadan sünnətə uyğun bir şəkildə yaşamışdır. Əhməd ibn Hənbəl 857-ci ildə Bağdadda vəfat etdiyində cənazəsinə on minlərlə insan qatılmış, namazı Cümə günü qılınmışdır.
Təhsili İlk təhsilini Bağdatda aldıqdan sonra dini elmlərə yönələn Əhməd ibn Hənbəl İslamı bütün yönləri ilə yaşamaq istədi. Bu arzu onu peyğəmbər hədisləri ilə məşğul olmağa təşviq etdi. Daha kiçik yaşlarında Quranı əzbərləmişdi. Bəsrə, Hicaz, Kufə, Yəmən kimi elm mərkəzlərinə bir çox səyahətlər etmiş, buralarda olan üləma və mühədisslərlə görüşmüş, raviləri tapmış və onlardan hədis götürmüşdür. Yəməndə mühəddis Əbdürrəzzaq ibn Həmmamdan hədis almaq üçün Yəmənə gedərkən yolda pulu qurtarmış və bunun üçün də muzdla çalışmışdır. Əhməd ibn Hənbəl beş dəfə Həccə ziyarətə getmiş onların üçündə piyada yolçuluq etmişdir. Təhsil aldığı müəllimləri bunlardır:
Hüşeym ibn Bəşir. İlk müəllimlərindən biridir. Ondan çoxlu hədis rəvayət etmişdir. Süfyan ibn Uyeynə. Yəhya ibn Səid əl-Qəttan. Əbdürrəhman ibn Mehdi. Əş-Şafii. Ondan fiqh və üsuli-fiqhi öyrənmişdir. Həmçinin ondan hədis dinləmişdir. Əbdürrəzzaq ibn Həmmam. Vəqi ibn Cərrah. Ən çox hədis yazdığı müəllimidir.
Fikirləri Tarixdə böyük müctəhidlərin bir çoxuna təzyiq edildiyi görülməkdədir. Əhməd ibn Hənbəl də onların sırasına daxildir. Abbasilər zamanında "Quran məxluqdur" görüşü yayılmağa başlamışdı. Üləmaların çoxu hakimiyyətin diktəsi altında bu görüşü qəbul etsə də, Əhməd ibn Hənbəl bu görüşü qəbul etməmiş və bu səbəbə görə də ona bir çox əziyyətlər verilmişdir. Əhməd ibn Hənbəl həbs edilmiş Mötəsim zamanında qazi İbn Əbu Duadın təşviqi və təsiri ilə işgəncəyə məruz qalmışdır. İyirmi səkkiz ay həbsdə qalan Əhməd ibn Hənbəl sərbəst buraxıldıqdan sonra iqtidara gələn əl-Vasiq dövründə də təzyiqlərə məruz qalmış, beş il hədis dərsləri verə bilməmişdir. Nəhayət əl-Mütəvəkkil dövründə xəlifə Məmunun "Quran məxluq deyildir" deyən kimsə qalmasın vəsiyyətinə və bu qatı siyasətə son verildikdən sonra Əhməd ibn Hənbəl yenidən hədis çalışmalarına dönmüşdür. Onun bu çətinlikləri on dörd il davam etmişdir. Əhməd ibn Hənbəl etiqadda, əməldə sünnətdən başqa bir yol izləməzdi. Münaqişədən, zəif olan dəlillərlə hökm verməkdən çəkinər, səhabə və tabiunun yolunu izləyərdi. Səbirli, ciddi, mülayim, qənaətkar, təqva sahibi ixlaslı bir alim idi. Onun qəbul etdiyinə görə iman qəlb ilə təsdiq, dil ilə iqrar və üzvlərlə əməl olub, artar və əskilə bilər. Böyük günah işlədən dindən çıxmaz. Allahın sifətləri özünəməxsusdur, təvil edilməz. Bir hakim adil və ya zalım olsa da ona itaət edilər ona qarşı üsyan edilməz.
Əsərləri Əhməd ibn Hənbəldən hədis rəvayət edənlər arasında da Buxari, Müslim, Əbu Davud, Əli ibn əl-Mədini ən önəmli mühəddislərdəndir. Əhməd ibn Hənbəl birbaşa özünün yazdığı əsəri "əl-Müsnəd"dir. "Müsnədi" yazmaqda məqsədi insanların hədislərdə ixtilaf etmələri idi. Bu kitab onun yüz əlli min hədis içindən seçdiyi otuz min hədisdən ibarətdir. Ona aid edilən aşağıdakı əsərlər onun tələbələri tərəfindən yazılmışdır; "əl-Əqidə", "Üsul əs-Sünnə", "Zöhd", "Səlat", "Vəra vəl-iman", "Cüz fi üsulis-Sünnə", "Fədailu-Səhabə", "ən-Nəsih vəl-Mənsuh", "əl-İləl və Mərifatu-Rical" bunlardandır.
İrsi və mirası Haqqında "İmam" adlı serialı film çəkilmişdir.
Həmçinin bax Hənbəlilər
İstinadlar
Kateqoriya:Hənbəlilər Kateqoriya:Sünni imamları Kateqoriya:Müsəlman teoloqlar Kateqoriya:Müctəhidlər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr ərəbləri Kateqoriya:IX əsr yazıçıları