və ya – Yaponiya arxeoloqu və sənətşünası.
Həyatı Kosaku Hamada 1881-ci ildə Yaponiyanın Osaka şəhərində doğulmuşdur. 1905-ci ildə Tokio Universitetindən məzun olaraq sənətşünaslıq sahəsində ixtisaslaşmışdır. 1909-cu ildə Kioto Universitetində yapon sənətşünaslıq və arxeologiya mövzularında mühazirələr verməyə başlamışdır. 1913–16-cı illərdə Britaniyada təhsil aldıqdan sonra 1917-ci ildə Kioto Universitetinin professoru olmuşdur. O, Yaponiyada arxeologiya üzrə universitet professoru olan ilk şəxs olmuşdur.
Hamada 1937-ci ildə Kioto Universitetinin prezidenti seçilmiş, 1938-ci ildəki ölümünə qədər bu vəzifəni tutmuşdur.
Elmi töhfələri Hamada Yaponiyada arxeologiyanın elmi metodlarından istifadə edən ilk şəxs olmuşdur. Onun tədqiqat qrupu 1917–27-ci illərdə 14 cildlik tədqiqat işi yayımlamışdır. Bu tədqiqat işinin böyük hissəsi onun Yaponiya, Koreya və Çində apardığı qazıntı işlərinə həsr olunmuşdur. 1925-ci ildə Tokio Universitetinin professoru Yoşito Harada və Pekin Universitetinin professoru Ma Henlə birlikdə Uzaq Şərq Arxeologiya Cəmiyyətini qurmuşdur. Bu təşkilatın məqsədi Uzaq şərqdə arxeoloji tədqiqatlarla məşğul olmaq və nəticələri bölüşmək idi.
Hamada Çin və buddizm incəsənəti tarixi ilə də məşğul olmuşdur. "Şina komeyki deyşo zusetsu" əsəri (1927) onun Çindəki arxeoloji tədqiqatlarının nəticələri haqqındadır. "Tenşi keno şisetsu ki" (1931) isə 1582-ci ildə Avropaya göndərilmiş yapon missiyasının tədqiqatından ibarətdir. Hamadanın ən tanınmış işlərinə Kioto Universitetindəki mühazirələrinə əsasən "Tsuron kokoqaku" (1922) və "Kokoqaku nyumon" (1930) əsərləri aiddir.
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Yaponiya arxeoloqları Kateqoriya:Yaponiya sənətşünasları Kateqoriya:Kioto Universitetinin müəllimləri Kateqoriya:XX əsrin arxeoloqları Kateqoriya:Yaponiya şərqşünasları Kateqoriya:Tokio Universitetinin müəllimləri Kateqoriya:Vaseda Universitetinin müəllimləri