Yurian Ambdis () — XVII əsrdə yaşamış holland gəmi topu düzəldən və rəssam. 1648-ci ildə Səfəvi şahı II Abbasın (1642–1666) ordusunda topçu kimi xidmət etməyə başlamışdır. O, Səfəvi−Moğol müharibəsi (1649-1653) zamanı Qəndəharın uğurlu mühasirəsində iştirak etmişdir. Mühasirədən sonra Ambdis və digər hollandlar xidmətdən azad edilmişlər. Digər hollandlardan fərqli olaraq Ambdis Səfəvi imperiyası ərazisindən ayrılmaq istəməmiş və burada rəssam kimi çalışmaq qərarına gəlmişdir. Onun belə bir istəkdə olmasının əsas səbəbi Səfəvi sarayənda rəssam kimi çalışan bir digər holland rəssam olan Hendrik Boudeveyn van Lokhorstun (Hendrick Boudewijn van Lockhorst) Səfəvi şahlarından böyük məbləğdə maaş alması idi.
Lakin Ambdis Hendrik kimi uğur qazana bilmir və bir müddətdən sonra demək olar ki, dilənçi vəziyyətinə düşür.
29 mart 1649-cu ildə bir iranlı tacirin İraqda karvanın arxasınca təkbaşına gedən Ambdisi gördüyü və ona üç çörək verdiyi barədə məlumat verilmişdir. 22 may 1650-ci ildə Holland Ost-Hind şirkətinin İsfahandakı kontoru Bağdaddan olan erməni tacirin sözlərinə əsasən, Ambdisin orada İslamı qəbul etdiyini bildirmişdir. Bu, Ambdis haqqında məlum olan son məlumatdır; onun sonrakı taleyi naməlumdur. Şvartsın ümumiləşdirilmiş bioqrafik məlumatlarında onun ölümü 1650-ci ildən sonrakı dövrə aid edilir.
İstinadlar
Mənbə
Kateqoriya:XVII əsrdə vəfat edənlər