Nurulla Arif oğlu Əliyev () — ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru (2009), professor (2018). "Dərbənd" xeyriyyə cəmiyyətinin sədridir.
Həyatı və fəaliyyəti Nurulla Arif oğlu Əliyev 25 sentyabr 1962-ci ildə Dərbənd şəhərində anadan olub.Orduya və hərb elminə həsr olunan ömür, “İki sahil”, 24 sentyabr 2022. 1969–1977-ci illərdə Bakı şəhərindəki 68 saylı orta məktəbdə, 1977–1979-cu illərdə isə Cəmşid Naxçıvanski adına hərbi məktəbdə təhsil alıb. 1979-cu ildə Kiyev Ali Hərbi Dəniz Siyasi Məktəbinə daxil olub və 1983-cü ildə həmin məktəbi tarix və ictimaiyyət müəllimi, hərbi-siyasi ixtisası üzrə bitirib.
1990-cı ildə Rusiya Hərbi-Siyasi Akademiyasına daxil olub və 1993-cü ildə hərbi pedaqogika və psixologiya, eləcə də operativ-taktiki hazırlıq üzrə təhsilini başa vurub. 1992-ci ildə Moskva Dövlət Universitetində pedaqogika və psixologiya üzrə təhsil alıb. 1999–2000-ci illərdə “NATO — Sülh naminə” kurslarında iştirak edib.
28 oktyabr 1998-ci ildə “Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri üçün kadr hazırlığı (1917–1997-ci illər)” mövzusunda dissertasiya müdafiə edib. 2000-ci ildə tarix elmləri namizədi elmi dərəcəsi alıb. 2007-ci ildə “Azərbaycanın hərbi dənizçilik tarixi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, 2009-cu ildə tarix elmləri doktoru elmi dərəcəsi alıb. 2003-cü ildə dosent, 2018-ci ildə professor elmi adı verilib.
1983–1990-cı illərdə Leninqraddakı hərbi-dəniz bazasında xidmət edib. 1992–1995-ci illərdə Azərbaycan Müdafiə Nazirliyinin mərkəzi aparatında və döyüş bölgəsində xidmət edib. 1995-ci ildə Bakı Ali Hərbi Dənizçilik Məktəbində rəis müavini vəzifəsində çalışıb, 1997–2010-cu illərdə isə həmin məktəbin rəisi olub. 2010–2015-ci illərdə Azərbaycanın Çin Xalq Respublikasındakı hərbi attaşesi vəzifəsində çalışıb.Hərbçi alim tanınmış akademiyanın həqiqi üzvü seçilib, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, 6 may 2020. 2016-cı ildən “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədridir.
Elmi fəaliyyəti 1999-cu ildən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbi keyfiyyətcə yeni tədris proqramı (2003-cü ildən bu proqram təkmilləşdirilmişdir) üzrə zabit və miçman heyətinin hazırlanmasında təhsil prosesinin Azərbaycan dilinə keçidini mərhələli şəkildə gerçəkləşdirmişdir ki, bu da Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin inkişaf səviyyəsinə tamamilə cavab verir.
2004-cü ildə Bakıda "Dərbənd" icması tərəfindən nəşr olunan "Dərbəndin məşhur adamları" toplusuna, Dağıstan Respublikasının Mahaçqala şəhərində 2005-ci ildə "Yupiter" nəşriyyatı tərəfindən nəşr olunan "Dərbənd şəhərinin qısa ensiklopediyası"na onun haqqında xüsusi məlumatlar daxil edilmişdir. N. Əliyev 2005-ci ildə Bakı şəhərinin "Qarabağ həqiqətləri" cəmiyyətinin diplomuna və mükafatına, həmçinin Beynəlxalq elmi mərkəz tərəfindən 2004-cü ildə təsis edilmiş "XXI əsr Azərbaycan alimləri" cəmiyyətinin diplom və mükafatına layiq görülmüşdür. O, vətən tarixşünaslığında ilk dəfə olaraq Azərbaycan hərbi-dəniz tarixinin qədim zamanlardan başlayaraq XXI əsrin əvvəlinədək tarixini tədqiq etmişdir. N. Əliyev Azərbaycan hərbi-dəniz terminologiyası lüğətinin yaradılmasının təşəbbüskarı, "Azərbaycan hərbi-dəniz tarixi" iki hissəli (Azərbaycan və rus dillərində) dərs vəsaitinin, "Azərbaycanda hərb tarixi elminin əsas istiqamətləri" adlı vəsaitinin, Azərbaycan-türk hərbi-dəniz lüğətinin, hərbi psixologiya və pedaqogika üzrə dərs vəsaitlərinin və diqər kitabların müəllifidir.
Nurulla Əliyev Azərbaycan dilində hərbi-dəniz fənlərinin müxtəlif sahələrinə aid olan kitab, dərs vəsaitləri və elmi-metodik sənədlərin hazırlanmasına, onların nəşr və tədrisdə tətbiq olunmasına böyük əmək sərf etmişdir. Onun nəşr olunmuş əsərləri, yazılmış və toplanmış materiallarından "Azərbaycan tarixi"nin yeddinci cildinin yazılmasında istifadə edilmişdir.
Nurulla Əliyevin rəhbərliyi ilə hərb tarixinin araşdırılması sahəsində çalışan tədqiqatçıların "Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər" (biblioqrafik göstərici), "Dərbəndin hərbi-strateji əhəmiyyəti və onun tanınmış hərbçiləri", Azərbaycanın hərb tarixi. 1-ci və 2-ci hissələri (Azərbaycanda qədim dövrdən XVI əsrə qədər) (Azərbaycan, rus və inglis dillərində) monoqrafiyalar (Azərbaycan, rus və ingilis dillərində), kitabları nəşr olunmuş, 3 proqram hazırlanmış və çap edilmişdir.
2016-2021-ci illər ərzində Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsinin tarixçilərinin respublika daxilində 49 elmi məqaləsi, metodiki vəsaiti, respublika xaricində 22 elmi məqaləsi çap olunmuşdur. 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondu Qrant Layihələri Müsabiqəsinə "Azərbaycanın hərb tarixi" (Ən qədim dövrdən XVI əsrə qədər)" mövzusunda elmi tədqiqat işi N. Əliyevin rəhbərliyi ilə S. Əhmədov, F. Hüseynova və S. Nuriyev tərəfindən hazırlanmış və fonda təqdim edilmişdir. 8 iyun 2018-ci il tarixdə qrant müsabiqəsinin nəticələrinə görə Silahlı Qüvvələrin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsi tərəfindən ilk dəfə təqdim edilmiş layihə elmi ekspertizanı müvəffəqiyyətlə keçərək qalib hesab olunmuşdur. Hərbi Akademiyada Nurulla Əliyev tərəfindən hazırlanmış "Azərbaycan tarixçilərinin elmi əsərlərində hərbi məsələlər" biblioqrafik göstərici respublikanın ali humanitar və xüsusi təyinatlı təhsil müəssisələrinin dinləyiciləri, xüsusilə tədqiqatçı alimlər tərəfindən maraqla qarşılanmışdır. Biblioqrafik göstəriciyə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunda, Azərbaycan Milli Tarix Muzeyində, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında və digər elmi təşkilatlarda fəaliyyət göstərmiş tarixçi alimlərin əsərləri daxil edilmişdir. Ümumiyyətlə, biblioqrafiq göstəricinin yüksək elmi-nəzəri səviyyədə hazırlanması Azərbaycan hərb tarixinə aid əsas məsələlərin araşdırılmasını xeyli asanlaşdırır.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında "Azərbaycanın hərb tarixi" üzrə elmi və pedaqoji kadrların hazırlığına başlanmışdır. SQHA-nın Adyunkturasına "Hərb tarixi" ixtisası üzrə qəbul imtahanının proqramı tərtib edilmiş, imtahanlar bunun əsasında təşkil olunmuşdurHərbi Akademiyada aparılan tədqiqat işləri hərb tariximizin qaranlıq səhifələrinə işıq salır .. Bunları nəzərə alaraq, hərb tarixi elmi üzrə kadrların hazırlanması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası gənc tarixçi alimlər tərəfindən tədqiqatlar aparılması, hərb tarixi elminin inkişaf etdirilməsi üçün bu sahədə çalışan tədqiqatçıların Adyunkturaya maraq göstərməsi səmərəli olardı. 2016-cı ildə Respublikanın aparıcı elmi tədqiqat müəssisələri ilə hərb tarixi sahəsində əməkdaşlığa dair işlərin aparılması və birgə fəaliyətin təşkili, təqdimatlarda iştirakı, dövrü mətbuatlarda və dövlət televiziyasında çıxışları, videoverilişlərin hazırlanması və təqdimatı da bu qəbildəndir.
Hazırda Hərbi Akademiyanın Adyunktura və Elm şöbəsi respublikada hərb tarixi üzrə axtarışları və araşdırmaları nizamlayan və istiqamətləndirən bir mərkəzə çevrilmişdir. Bununla bağlı Hərbi Akademiyanın rəhbərliyinin təşəbbüsü və göstərişi ilə təşkilatlarla qarşılıqlı elmi fəaliyyətin qurulması və nizamlanması üzrə əməkdaşlıq protokolları, 2016-cı ildə AMEA-nın Azərbaycan Milli Tarixi Muzeyi və 2017-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu ilə memorandumlar imzalanmışdı. Bu istiqamətdə respublikanın digər elmi təhsil müəssisələri ilə iş davam edir.
N. Əliyevin elmi məqalələri "Hərbi bilik" (Bakı), "Türkiyə Dəniz Qüvvələri Dərgisi" (Ankara), "Rusiya Hərbi-Dəniz tarixi" (Moskva), "Elmlər Akademiyasının Xəbərləri" (Bakı), "Tarix və onun problemləri" (Bakı) və s. elmi nəşrlərin səhifələrində tez-tez çap olunur.
N. Əliyev "Böyük Dərbənd Ensiklopediya"nınBöyük Dərbənd ensiklopediyası tərtibatçısı. https://1905.az/, 10 monoqrafiyanın, 45 kitabın, 13 tədris proqramların və metodik vəsaitlərin, Azərbaycan Respublikasının və xarici dövlətlərinin elmi jurnallarında dərc edilmiş 172 elmi məqalələrin müəllifidir.
2020-ci il 15 mart tarixində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə akademiyanın həqiqi (akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. Həmçinin, türk dünyası hərb tarixi elminə verdiyi böyük töhfələrə və yüksəkixtisaslı zabit kadrların hazırlanması sahəsindəki xidmətlərinə görə akademiyanın "Beynəlxalq qızıl ulduz" medalına layiq görülüb.
2020-ci il 19 noyabr tarixində Qotfrid Vilqelm Leybnic adına Avropa Təbiət Elmlər Akademiyasında Rəyasət Heyətinin keçirilən iclasında ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Arif oğlu Əliyev Akademiyasının həqiqi (Akademik) üzvü seçilib və onun fəxri üzvü statusu ilə təltif olunub. O, həmçinin tarix elminə verdiyi böyük töhfələrə görə Akademiyanın Leybnic "Fəxri medalı"na layiq görülüb.
2016-cı ildə Azərbaycan Tarixçiləri İctimai Birliyinin, "Dədə Qorqud" Milli Xeyriyyə Fondun və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü seçilib, 23 iyun 2019-cu ildə Gürcüstan hərb tarixi üzrə cəmiyyətinin Məsləhətçilər Şuranın daimi üzvü və onun Baş məsləhətçisi seçilib.
2019-2022-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Silahlı Qüvvələrin Hərbi Akademiyasının nəznində fəaliyyət göstərən dissertasiya şuraların üzvü və elmi katibi olmuşdur. 2023-cü ildən Azərbaycan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutu nəzdində fəaliyyət göstərən elmi seminarın üzvüdür.
2024-cü il 02 may tarixdən bu günə qədər Azərbaycan Respublikası Prezidentinin Yanında Ali Attestasiya Komissiyasının nəznində fəaliyyət göstərən Ekspert Şurasının üzvüdür.
Bu gün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında aparılan tədqiqat işləri Azərbaycan ordusunun yaranma tarixini, onun adət-ənənələrini dünyaya tanıdır, əsrlərin qaranlığında qalan hərb tarixi səhifələrini müxtəlif yönümlərdən işıqlandırır, saxtalaşdırılmış faktları təkzib edir və həqiqi, obyektiv reallıqları əks etdirən yeni hərb tarixini yazır.
2016-cı il 06 yanvar tarixindən 2022-ci il 01 iyul tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Adyunktura və elm şöbəsinin hərb tarixi üzrə professoru vəzifəsində calışıb.
2022-ci il 01 iyul tarixindən Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru vəzifəsinə təyin edilib və hal-hazırda həmin vəzifədə calişır.
2023-cü il 01 yanvar tarixindən Milli Müdafiə Universitetin Hərbi Elmi-Tədqiqat İnstitutun Humanitar elmlər şöbəsinin rəisi təyin olunub.
2024-cü il 26 dekabr tarixində Milli Müdafiə Universiteti ilk Həmkarlar Təşkilatı tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin nəticələrə görə “Dərbənd” Xeyriyyə İctimai Birliyinin sədri, Milli Müdafiə Universitetin Hərbi Elmi Tədqiqat İnstitutunun Humanitar elmlər şöbəsinin professoru, ehtiyatda olan 1-ci dərəcəli kapitan, tarix elmləri doktoru, professor Nurulla Əliyev müsabiqənin qalibi elan olunmuşdur.
2025-ci il 03 mart tarixində İslam Əməkdaşlıq Təşkilatının Elmi və Texnoloji Əməkdaşlıq üzrə Daimi Komitəsi (COMSTECH) fundamental elmlər sahəsində elmi töhfələri təşviq və dəstəkləmək məqsədilə elan olunmuş COMSTECH 2025 Elmi Kommunikasiya Sahəsində Mükəmməllik Mükafatının müsabiqəsinə Milli Müdafiə Universiteti tərəfindən professor N.A.Əliyev təqdim edilmişdir və nominant kimi iştirak etmişdir.
Kitabxana
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının "Elektron kitablar" Verilənlər bazası Azərbaycanın tarixini, iqtisadiyyatını, mədəniyyətini, eləcə də müxtəlif elm sahələrini əhatə edən kitabların elektron variantlarının toplandığı Elektron Kitabxanadır1. 8 Noyabr Zəfər günü - suverenliyə aparan yol Azərbaycanın hərb tarixi: ən qədim dövrdən XX əsrin əvvəllərinə qədər Böyük Dərbənd ensiklopediyası 1918–1920-ci illərdə Azərbaycan hökumətinin fəaliyyətində hərbi-dəniz aspektləri
Milli kitabxana