Evald Aav () — Estoniya bəstəkarı və xor dirijoru, Estoniya milli operasının yaradıcılarından biri.

Həyatı Evald Aav 6 mart 1900-cü ildə Estland quberniyasının (indiki Estoniya) Revel (indiki Tallin) şəhərində anadan olmuşdur. İlk piano və musiqi nəzəriyyəsi dərslərini müvafiq olaraq Helmi Vittola-Mohfeld və Anton Kasemetsdən almışdır. 1926-cı ildə Tallin Konservatoriyasını bitirmişdir. Həvəskar xorlara rəhbərlik etmişdir. 1924–1927-ci illərdə Tallin Hərbi Məktəbinin xor və orkestrinə rəhbərlik etmişdir. 1926–1937-ci illərdə opera müğənnisi İde Loo-Talvari ilə evlənmişdir. 1938-ci ildə Mahnı Festivalında baş xor dirijoru olmuşdur. Eyni zamanda, o, yerli və musiqi jurnallarının müəllifi və redaktoru, Yazıçılar İttifaqının və Estoniya Bəstəkarlar İttifaqının üzvü olmuşdur. Ölümündən bir müddət əvvəl Evald Aav soyuqdəyməyə yoluxmuş, lakin xəstəliyinə baxmayaraq, opera tamaşasında işləməyə davam etmişdir. Bu, xəstəliyin ağırlaşmasına və bəstəkarın ölümünə səbəb olmuşdur. Ölümündən bir neçə gün əvvəl Estoniya Qırmızı Xaç Cəmiyyətinin Fəxri ordeni ilə təltif edilmişdir. 1943-cü ildə bacısı Frida Rukkanın təşəbbüsü ilə onun adına təqaüd təsis edilmişdir.Большая Советская Энциклопедия. Гл. ред. А. М. Прохоров, 3-е изд. Т. 1. А — Ангоб. 1969. 608 стр., илл.; 47 л. илл. и карт, 1 отд. л. табл.

İstinadlar

Kateqoriya:Estoniya bəstəkarları Kateqoriya:XX əsr bəstəkarları