Sarıbulaq arxeoloji abidələr kompleksi — Şərur rayonunda arxeoloji abidələr kompleksi.

Sarıbulaq abidələr kompleksinə 5 tarixi-arxeoloji abidə daxildir: Sarıbulaq yaşayış yeri — orta əsrlərə aid qədim yaşayış yeri. I Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. II Sarıbulaq nekropolu — antik dövrə aid nekropol. Sarıbulaq oba yeri — orta əsrlərə aid arxeoloji abidə. Sarıbulaq yurd yeri — eyni adlı oba yerindən təqribən 5 km cənubda orta əsrlərə aid arxeoloji abidə.

İstinadlar

Kateqoriya:Şərur rayonunun abidələri