– Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır.

Həyatı Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.

Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" () kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" () əsərini yazmışdır. Nişikava Çin klassiklərinə skeptik yanaşmış və Qərb metodlarının daha üstün olduğunu hesab etmişdir. O, ənənəvi astrologiyanı tərk etsə də, Qərbin zodiak astrologiyasını rədd etmişdir.

1719-cu ildə yazdığı "Çonin bukuro" () əsərində təbəqələşmiş cəmiyyətdə tacirlərin yerinə yetirməli olduğu funksiyalardan bəhs etmişdir. Xarici məsələlərdən bəhs edən "Kaytsuşoko" əsərinin müəllifi olmuşdur.

Ailəsi Nişikavanın üçüncü oğlu Nişikava Masayoşi də astronom olmuş və 1740-cı ildə Astronomiya bürosuna qəbul edilmişdir.

Qeydlər

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Yaponiya astronomları Kateqoriya:Edo dövrü şəxsləri