Loren İv Meyberri (, ) — şotland müğənni, musiqiçi, bəstəkar. Pop qrupu Chvrches-in vokalisti və zərb ifaçısıdır.
Həyatı və təhsili Meyberri 1987-ci ildə Şotlandiyanın Tornhill şəhərində doğulub. Uşaqlıqdan fortepianoda, yeniyetmə yaşlarından etibarən isə təbil çalır.
Meyberri, Bridge of Allan-da müstəqil bir məktəb olan Beaconhurst Məktəbində oxudu. O, həmçinin İllinoys ştatının Qladston şəhərində xarici tələbə kimi yaşayırdı. Stratklayd Universitetində dörd illik bakalavr hüquq dərəcəsini bitirdikdən sonra, 2010-cu ildə jurnalistika üzrə magistr dərəcəsi qazandı. 2009-cu ildən 2010-cu ilə qədər o, Birləşmiş Krallığın The Line of Best Fit musiqi vebsaytının müəllifi olmuşdur.
Sinqllar Are You Awake? (2023)
İstinadlar
Kateqoriya:Şotlandiya müğənniləri Kateqoriya:Şotlandiya jurnalistləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:İndi-pop musiqiçiləri