Aşnikko (əsl adı: Eşton Nikol Keysi; ) — amerikalı müğənni, repçi. Onun 2019-ci ildə Yung Baby Tate ilə ifa etdiyi "Stupid" sinqlı video paylaşma tətbiqi olan TikTok-da populyarlıq qazanıb. Bu sinql ABŞ və Kanadada qızıl sertifikat alıb. Aşnikkonun debüt miskteypi olan "Demidevil" 2021-ci ilin yanvarında buraxılıb. Bu miksteypdə "Daisy" və Princess Nokia ilə səsləndirdiyi "Slumber Party" sinqlları yer almışdır. Aşnikko 2023-cü ildə "Weedkiller" adlanan debüt studiya albomunu yayımlayıb.

Həyatı Eşton Nikol Keysi 19 fevral 1996-cı ildə Şimali Karolina ştatının Ouk-Ridc şəhərində doğulub. O, Qrinsboro şəhərində böyüyüb. Valideynləri onu kantri musiqisinə və Slipknot qrupunun mahnılarına "məruz qoyublar". O, 10 yaşında M.I.A.-nın "Arular" albomunu dinlədikdən sonra musiqini, xüsusən də repi sevməyə başlayıb. 16 yaşına qədər kişi musiqiçiləri dinləmədiyini deyir.

Atasının işinə görə o, yeniyetmə ikən ailəsi ilə birlikdə Estoniyaya köçüb. Orada bir il qaldıqdan sonra Latviyanın Riqa şəhərində yollanıblar. O, sözügedən ölkədə, dövlət məktəbinin yeganə amerikalı şagirdi idi. Aşnikko 18 yaşında olarkən təkbaşına Londona yola düşüb.

Şəxsi həyatı Aşnikko 2019-cu ilin iyun ayında Twitter-də biseksual olduğunu açıqlayıb. 2020-ci ildə verdiyi müsahibədə isə panseksual olduğunu bildirib. 2021-ci ilin may ayında isə Aşnikko Twitter-də genderfluid olaraq "came out" edib. Sözlərinə görə "o, əvvəllər bu məlumatı paylaşmağa hazır deyilmiş, ancaq onun seksuallığı və cinsi kimliyi ilə bağlı son müzakirələri nəzərə alaraq bunun yaxşı vaxt olduğuna qərar verib."

2020-ci ilin iyul ayında sinqlı "Daisy" haqqında danışan Aşnikko bildirib ki, xristian valideynlər tərəfindən böyüdülməsinə baxmayaraq, özünü heç bir dinə mənsub hiss etmir.

Diskoqrafiya Weedkiller (2023)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Parlophone artistləri Kateqoriya:Messo-sopranolar Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:ABŞ müğənniləri Kateqoriya:XXI əsr ABŞ repçiləri