Şuşa 2022 () — 21–24 sentyabr 2022-ci il tarixlərində Azərbaycanın Şuşa şəhərində keçirilən beynəlxalq şahmat turniri. Turnir Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Dövlət Tarix-Memarlıq Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada anadan olmuş Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunmuşdur. Şuşada keçirilən ilk beynəlxalq şahmat turniridir. Turnirin keçirildiyi məkan "Qarabağ" hoteli olmuşdur.

Turnirin iştirakçıları Turnirdə 9 ölkədən kişilər və qadın şahmatçılar iştirak etmişlər. Kişilər: Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Hao Vanq, Parham Maqsudlu, Vidit Qucrati, Rüstəm Kasımcanov, Qədir Hüseynov, Rauf Məmmədov, Mustafa Yılmaz, Vasif Durarbəyli.

Qadınlar: Nana Dzaqnidze, Günay Məmmədzadə, Marsel Efroimski, Meri Arabidze, Ülviyyə Fətəliyeva, Yolanta Zavacka, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Kübra Öztürk.

Turnirin loqotipi link=//upload.wikimedia.org/wikipedia/commons/thumb/0/02/%C5%9Eu%C5%9Fa_qalas%C4%B1_%282%29.jpg/250px-%C5%9Eu%C5%9Fa_qalas%C4%B1_%282%29.jpg|thumb|250x250px| Şuşa qalasının Gəncə qapısı, onun üslublaşdırılmış təsviri və yuxarıdakı yazının şrifti turnirin loqosunda istifadə edilmişdir. Turnirin rəsmi loqosu 24 avqust 2022-ci ildə təqdim olunmuşdur. Bu, Şuşa qalasının, Qarabağ atının və şahmat topunun üslublaşdırılmış təsvirlərinin kombinasiyasıdır. Loqo üzərindəki yazıda Şuşa qalasının Gəncə qapısında olan "Şuşa" yazısı ilə düzülmüş şriftdən istifadə edilmişdir.

İstinadlar

Xarici keçidlər Rəsmi sayt

Kateqoriya:2022-ci ildə Azərbaycanda idman Kateqoriya:Azərbaycanda şahmat Kateqoriya:Şahmat turnirləri Kateqoriya:Şuşa mədəniyyəti Kateqoriya:Azərbaycanda keçirilən şahmat üzrə beynəlxalq yarışlar Kateqoriya:2022-ci ildə şahmat Kateqoriya:Şuşada idman