Vadim Yusif oğlu Əbdürrəşidov (, ; ) — SSRİ və Rusiya kinorejissoru və müəllimi. Rusiya Federasiyasının xalq artisti (1992).

Həyatı Vadim Yusupoviç Əbdürrəşidov 19 yanvar 1945-ci ildə Ukrayna SSR-də, Xarkovda hərbçi ailəsində anadan olmuşdur. Atası Yusif Şakiroviç Əbdürrəşidov hərbçi və etnik tatar olmuşdur. Anası Qalina Nikolayevna Əbdürrəşidova kimya mühəndisi idi.

O, Moskvada yaşamış və işləmişdir. Əbdürrəşidov 1959–1961-ci illərdə Alma-Ata Dəmir Yolu Nəqliyyatı Texnikumunu, 1961–1964-cü illərdə Moskva Fizika və Texnologiya İnstitutunu, 1967-ci ildə Dmitri Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutunun Kimya-texnoloji proseslərin kibernetikası kafedrasını bitirmişdir. 1967–1970-ci illərdə Moskva elektrovakuum cihazları zavodunda işləmişdir.

Abdraşitovun əsərləri təmkinli, daxili gərgin kinematik dil ilə seçilir. Kəskin mənəvi problemlər həmişə rejissor işinin mərkəzində dayanır.Большая Российская энциклопедия: В 30 т. / Председатель науч.-ред. совета Ю. С. Осипов. Отв. ред С. Л. Кравец. Т. 1. А — Анкетирование. — М.: Большая Российская энциклопедия, 2005. — 766 с.: ил.: карт.

O, 12 fevral 2023-cü ildə 79 yaşında koronavirusun təsirindən vəfat edib. Moskvada Troyekurov qəbiristanlığında dəfn edilib.

İstinadlar

Əlavə ədəbiyyat Кто есть кто в России и в ближнем зарубежье: Справочник. — М., Издательский дом «Новое время», «Всё для вас», 1993. — ISBN 5-86564-033-X Время как судьба в фильмах Абдрашитова: Ольга Суркова - ИМЛИ РАН, 2014. - 978-5-905999-16-1

Xarici keçidlər

«Художник. Власть. Зритель». Встреча с В. Ю. Абдрашитовым. (видео)

Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya kinorejissorları Kateqoriya:COVID-19 pandemiyasından vəfat edənlər Kateqoriya:Xərçəng xəstəliyindən ölənlər Kateqoriya:Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun müəllimləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvləri