Kaparça () — Gürcüstanın Poti şəhəri yaxınlığında yerləşən çay. Çayın uzunluğu 7 km, hövzəsinin sahəsi 535 km². Çay mənbəyini bataqlıq meşədən götürərək, sağdan Çerpalka çayına birləşir. Paleostomi gölündən axan kanal çayın mənbəyində çaya birləşir.
Tarixi 1831-ci ildə bu yerləri ziyarət edən Fredirik Duboys de Monperu yazırdı:Dubois de Montpereux. "Voyage autour du Caucase". T. III, გვ. 82:Kapar-çay Maltavka çayı ilə birləşir və onların suları yüz addımlıq ərazidən axır".
1973-cü il yanvarın 13-də Olimpiya çempionu Yuliya Ryabçinskaya təlim-məşq toplanışı zamanı Kaparça çayında boğulmuşdur.. Məşqdən qayıdan idmançının qayığı buz parçasına çırpılaraq aşmışdır.
İstinadlar
Ədəbiyyat Апхазава И. С., Грузинская Советская Энциклопедия, Том 5, Ст. 376, Тбилиси, 1980 Год Kateqoriya:Əlifba sırasına görə çaylar Kateqoriya:Gürcüstan çayları