Bu oğlanın həyatı və ya orijinal adı ilə This Boy's Life — 1993-cü ildə Tobias Volfla eyniadlı filmin ekranlaşdırılmasıdır. Rejissoru Michael Caton-Cons olan və Tobias Wolffdan ekranlaşdırılan filmdə baş rolları Leonardo Di Kaprio, Duight Hansen, Robert De Niro və Ellen Barkin canlandırıb.
Süjet xətti
Həyat yoldaşından boşanan Karolin oğlu Tobini də özü ilə aparır və 1950-ci illərdəki Amerikada səyahət səfərinə başlayır. Bəzi şəhərlərdə yeni insanlarla tanış olan və onlarla qısa müddətli əlaqələrə girən Caroline, bu münasibətlərin hər dəfə müvəffəqiyyətsizliklə nəticələnməsindən sonra yenidən yola düşür. Bu arada Tobi də özünə onu tez-tez problemlərə salacaq yeni dostlar tapır.
Yeni həyata başlamaq əzmində olan Karolin nəhayət avtomobil ustası Duaytla tanış olur və onun doğru insan olduğunu düşünərək onunla evlənir. Bununla belə, təqaüdçü hərbçi olan Duayt əslində sadist bir intizamçıdır. Eyni zamanda Tobi də şəhərdən qaçmaq istəyir.
Nəticə
Kassa
Film 9 aprel 1993-cü ildə məhdud sayda efirə buraxıldı və həftəsonu 74,425 dollar gəlir əldə etdi; Aprelin 23-də nümayiş etdirildikdən sonra film 10-cu kassada açıldı və 1.519.678 dollar gəlir əldə etdi. Film nəhayət, 4,104,962 dollar gəlir əldə edərək, efirlərdən çıxarıldı.
Tənqidlər
Film çox müsbət rəylər əldə etmişdir; “Rotten Tomatoes” şərh yığan veb saytı filmə 76%-lik reytinq vermişdir. Metacritic isə filmə 100/60 bal vermişdir.
Ev mediası
Bu oğlanın həyatı filminin DVD-si 13 May 2005-ci ildə buraxılmışdır.
İstinadlar Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Disfunksional ailələr haqqında filmlər Kateqoriya:Gey filmləri Kateqoriya:Real hadisələr əsasında çəkilmiş filmlər Kateqoriya:Bioqrafik əsərlərin ekranlaşdırılması Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:1950-ci illər haqqında filmlər Kateqoriya:1959-cu il haqqında filmlər Kateqoriya:Ana-oğul münasibətləri haqqında filmlər Kateqoriya:LGBT mövzulu ABŞ filmləri Kateqoriya:Yutada çəkilən filmlər Kateqoriya:1990-cı illərin ABŞ filmləri Kateqoriya:1990-cı illərin ingilis dilli filmləri Kateqoriya:Dramlar Kateqoriya:Karter Byuruellin film musiqiləri Kateqoriya:Vaşinqton ştatı haqqında filmlər Kateqoriya:Vaşinqton ştatında çəkilmiş filmlər Kateqoriya:Sietl haqqında filmlər Kateqoriya:Uşaqlara qarşı zorakılıq haqqında filmlər Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:Məişət zorakılığı haqqında filmlər Kateqoriya:1993-cü ilin filmləri