Süleyman Sani Axundovun evi — Şuşa şəhərində XVIII əsrdə tikilmiş yaşayış evi. Culfalar məhəlləsində yerləşir. XVIII əsrin memarlıq abidəsidir. Sani təxəllüslü — Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanı (1932) Süleyman Sani Rzaqulu bəy oğlu Axundovun yaşadığı ev. 1992-ci ildə Şuşa şəhəri işğala məruz qalandan sonra dağıdılmışdır. Tarixi Süleyman Sani Axundovun evi Şuşa şəhərində Culfalar məhəlləsində, hazırda Əbdülkərim bəy Mehmandarov küçəsində yerləşir. Bina XVIII əsrdə inşa edilib. Süleyman Sani Rzaqulu bəy oğlu Axundov Azərbaycan dramaturqu, nasir, maarif xadimi, Əmək Qəhrəmanıdır (1932). Ədəbiyyatda həmsoyadı Mirzə Fətəli Axundovdan fərqlənmək üçün ərəbcə "ikinci" mənasını daşıyan "sani" sözünü özünə ləqəb götürmüş yazıçı 3 oktyabr 1875-ci ildə Şuşa şəhərində anadan olub. Ev şəhərin Culfalar məhəlləsində yerləşir. Yazıçının evi bir mərtəbəli olub, üç otaqdan ibarət idi.
Süleyman Sani Axundovun evi 8 may 1992-ci ildə Şuşa şəhərinin işğalından sonra erməni terrorçuları tərəfindən dağıdılıb. Şəhər azad edildikdən sonra binanın xarabalıqları aşkar edilib.
Süleyman Sani Axundovun evi Şuşada bərpa olunan abidələrin siyahısına daxildir.
İstinadlar
Həmçinin bax Şuşa abidələri
Kateqoriya:Şuşa abidələri Kateqoriya:Arran memarlıq məktəbi Kateqoriya:Şuşanın görməli yerləri Kateqoriya:Şuşadakı evlər Kateqoriya:XVIII əsrdə tamamlanmış evlər