Rəis (Hind: रईस; Rom: Raees) — rejissoru Rahul Dholakia və prodüserləri Farhan Akhtar, Ritesh Sidhwani və Gauri Khan olan hind döyüş-triller filmidir. Şahrux Xan və Nəvazuddin Sidqi bu filmdə baş rolları ifa edirlər. Mahirə Xan baş qadın rolunu oynayır. Film Mahirə Xanın ilk Bollivud işidir. Filmdəki hadisələr 1980-ci illərin Qucarat ştatında baş verir. Film sərt və ciddi bir polis tərəfindən qarşısı alınan bir qeyri-qanuni içki alverçisinin hekayəsindən bəhs edir.
Raees filminin çəkilişləri 2015-ci ilin aprelində başlamışdır. Film Hindistanın Respublika Günündə, 25 yanvar 2017-ci ildə buraxılmışdır.
İstinadlar
Kateqoriya:Hindistanın döyüş filmləri Kateqoriya:1980-ci illər haqqında filmlər Kateqoriya:2017-ci ilin dram filmləri Kateqoriya:Mumbayda çəkilmiş filmlər Kateqoriya:Dramlar