İlin tələbəsi — Karan Coharın rejissorluğu ilə 2012-ci ildə çəkilmiş olan hind romantik dram filmidir. 2019-cu ildə filmin davamı olan İlin tələbəsi 2 filmi çəkilmişdir.

Süjet xətti

Onlar cavan, şöhrətpərəst və uduzmağın nə demək olduğunu bilməyənlərdir. Lakin vaxt gələcək, onlar həyatın əsl üzünü görəcəklər. Yeni dərs ilində dekan onların yalnız birinə "Ən yaxşı tələbə" adını qazanmaq üçün şans verir. Dərs və idmana olan maraq üzündən də bəzi hadisələr baş verir. Məsələn, qızların sevimlisi olan Rohan Nanda sadə və ciddi rəqibi Abhi Sinqhlə toqquşur. Zamanla bu toqquşma bir dostluğa çevrilsə də, sevgi kimi qüvvə onların dünyasına qədəm qoyduqdan sonra da bu imtahandan keçə biləcəklər? Kollecin birinci gözəli Şanaye özü də bilmədən onların dostluq münasibətini dağıda biləcəkmi?

İstinadlar Kateqoriya:Universitet və kolleclər haqqında filmlər Kateqoriya:2012-ci ilin komediya-dram filmləri Kateqoriya:Hindistanın romantik komediya-dram filmləri Kateqoriya:Karan Coharın filmləri Kateqoriya:Vişal-Şekarın bəstəkarı olduğu filmlər Kateqoriya:Romantik filmlər Kateqoriya:Komediya filmləri